10 icra orqanı rəhbərinin ölkədən çıxışı qadağan edildi
Tarix: 30-08-2016 13:00 | Bölmə: Gündəm


Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin adını açıqlayıb.

Nazirlikdənverilən məlumata görə, daha dörd nəfərin ölkədən çıxışı məhdudlaşdırılıb.

Xatırladaq ki, nazirlik avqustun 23-də vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayının 308 olduğunu açıqlamışdı.

Nazirlik eyni zamanda vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanı rəhbərlərinin də siyahısını dərc edib. Yeni siyahıya daha 10 icra orqanı rəhbərinin adı daxil edilib.

Xatırladaq ki, 23 avqust tarixinə vergi borcu olduğuna görə 400 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

 

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər