Həsən Ruhani Azərbaycan Baş nazirinin müavinini qəbul edib - Foto
Tarix: 03-12-2019 21:30 | Bölmə: Gündəm
Həsən Ruhani Azərbaycan Baş nazirinin müavinini qəbul edib

“Ortaq mədəni və tarixi köklər Tehran-Bakı münasibətlərinin möhkəmlənməsi üçün yaxşı bir fürsətdir”.

Reyting.az
“Khabaronline”-a istinadla xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə İran prezidenti Həsən Ruhani deyib.

Prezident iki ölkə arasındakı əməkdaşlıq və razılaşmaların həyata keçirilməsindən məmnunluğunu ifadə edib.

Həsən Ruhani əlavə edib ki, Xudafərin bəndinin və elektrik stansiyasının tikintisi üzrə birgə layihələrin həyata keçirilməsində əməkdaşlıq iki ölkənin münasibətlərini inkişaf etdirə bilər.

İran prezidenti deyib: “Ümid edirik ki, Rəşt dəmir yolunun Astaraya uzadılması üçün razılaşdırılmış birgə plan ən qısa müddətdə həyata keçiriləcək və istismara veriləcək”.

Ruhani əlavə edib: "İran İslam Respublikası da Xəzər dənizində birgə neft kəşfiyyatı və hasilatı layihələrinin həyata keçirilməsi işlərini diqqətlə izləyir və ümid edirik ki, Birgə Komissiyanın iclasında bu məsələlər yaxından araşdırılacaq”.

Həsən Ruhani Azərbaycan Baş nazirinin müavinini qəbul edib

Daha sonra o, iki ölkə arasında elmi-texnoloji əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb: “Rəsmi Tehran Bakı ilə texnologiyanın bütün sahələrində iştirak etməyə hazırdır və inanırıq ki, ortaq sənaye şəhərciyinin yaradılması ikitərəfli münasibətləri inkişaf etdirə bilər”.

Ruhani turizmin əhəmiyyətini və ekoloji məsələlərə diqqət yetirməyin vacibliyini də vurğulayıb.

Prezident İslam Respublikasının Tehran-Bakı-Moskva münasibətlərinin daha da inkişafı istiqamətində həm ikitərəfli, həm də üçtərəfli münasibətlərin davam etdirildiyini qeyd edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran prezidentinə əsas mesajı çatdırıb: “Cənab İlham Əliyev sizinlə dostluğu və İran İslam Respublikası ilə əlaqələri möhkəmləndirməyi yüksək qiymətləndirir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}