18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:14 / 20-10-2025
Xaçmazda 34 yaşlı şəxs güllələnib
12:11 / 20-10-2025
DİN əhaliyə çağırış edib
12:11 / 20-10-2025
Tramp Çinə qarşı əsas tələblərini açıqlayıb
11:59 / 20-10-2025
Prezident 10 məmuru təltif edib - Siyahı
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

20:22 / 15-10-2025

16:07 / 20-10-2025

DSX: Ermənistanla sərhəddəki döyüş mövqeləri 1,5 - 1,7 km irəli çəkilib
Tarix: 13-12-2019 16:40 | Bölmə: Gündəm

Dekabrın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
Reyting.az DSX-ya istinadla bildirir ki, hesabat müşavirəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev iştirak edib. M.Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərhəd təhlükəsizliyi məsələlərinə ali diqqət və qayğısı, hesabat dövründə dövlət sərhədinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər, Dövlət Sərhəd Xidməti qarşısında duran vəzifə və tapşırıqlar haqqında müşavirə iştirakçıları qarşısında çıxış edib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edib, silahlı birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2020-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.
2019-cu ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün Ermənistan ilə dövlət sərhədinin mühafizəsi və müdafiəsi işinin təşkilinə başlanılması, döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi ilə əlamətdar olması qeyd olunub.
Dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə olunması dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədinin mühafizəsi məsələlərinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yanvar ayının 10-da DSX Sahil Mühafizəsinin "Gəmi inşası zavodu”nda inşası yekunlaşmış "Tufan” tipli sərhəd gözətçi gəmilərilə tanış olması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, iyun ayının 18-də DSX hərbi qulluqçularının və mülki işçilərinin pul təminatının vəzifə maaşlarının 40% həcmində artırılması barədə qərar qəbul etməsi, avqust ayının 16-da Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə DSX-nin şəxsi heyətinə müraciət ünvanlaması və DSX-nin xidməti-döyüş fəaliyyətinə yüksək qiymət verməsi, DSX-nin 6 zabitini ali hərbi rütbələrə, DSX əməkdaşlarını 13 orden, 73 medal, 7 fəxri adla təltif etməsi, Azərbaycan sərhədçisinə ali qayğının nümunəsi olaraq DSX-nin zabitləri üçün Bakı şəhərində 25 mənzilin ayrılması bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
2019-cu ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xəttində təhvil alınmış döyüş postlarında böyük miqyaslı işlər görülmüş, Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyası xidməti-döyüş fəaliyyətinə başlayıb. Hesabat dövründə bu istiqamətdə bütün sərhəd döyüş məntəqələri, 3 yeni hərbi hissə inşa olunmuş, sərhəd döyüş məntəqələrinə aparan və onlar arası 38,7 km məsafədə qoruyucu val sədləri və 92 km məsafədə yollar salınmış, istifadəyə verilmiş hərbi obyektlər müasir istilik sistemləri, generator və günəş batareyaları ilə təmin edilmiş, sərhəd döyüş məntəqələrinə sənaye işığı, qaz və su xəttləri çəkilib.
- Mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqamətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanmış, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə, nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.
- Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib.;
- Xarici münaqişə zonalarında döyüşmüş 23 nəfərin şəxsiyyəti müəyyən olunmuş, onlardan 6 nəfər Azərbaycan vətəndaşı saxlanılmış, qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib;
- Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi və Dahi Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə:
"Vətənə xidmət andımız, amalımızdır” şüarı altında 5 km 100 metr uzunluğunda dövlət bayrağı ilə 5000 sərhədçi yürüş edib.
Bakı şəhərində Milli Parkda "Azərbaycan Sərhəd Mühafuzəsi: dünən, bu gün və sabah” mövzusunda bayram tədbiri rəşkil olunub, Azərbaycan tarixində ilk dəfə olaraq bu cür formatda təşkil olunan tədbir ictimaiyyət tərəfindən böyük marala qarşılanmış və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə ciddi töhfə olub.
Dövlət Sərhəd Xidmətinin aparatının inzibati binasında "Siyasi repressiya qurbanları Muzeyi” yaradılıb.
- Dövlət sərhədini pozduqlarına görə 739 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 13 min 526 nəfər, axtarışda olan 4699 nəfər saxlanılıb.
- 479 nəfər saxta, 51 nəfər özgəsinin sənədi ilə və 4 nəfər gizli şəkildə dövlət sərhədindən buraxılış məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.
- 96 milyon 376 min manat dəyərində qaçaqmalın, 2 ton 240 kiloqram 973 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
- Geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilmiş, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunmuş, şəxsi heyət tərəfiindən böyük döyüş məharəti nümayiş etdirilib.
- Sərhəd xəttində xüsusi işarəverici texniki komplekslərin, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunub.
- Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş, 148 binadan ibarət tikinti komplekslərinin əsaslı təmir-tikintisi həyata keçirilib.
- Dövlət Sərhəd Xidməti tərəfindən 2002-ci ildən etibarən tətbiq olunan sərhəd bölmələrində "Valideyn günləri”nin keçirilməsi təcrübəsi uğurla davam etdirilib, hesabat dövründə bu cür 109 görüş keçirilib.
Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını və vəzifə borclarını daima şərəf və ləyaqətlə yerinə yetirəcəkləri vurğulanıb.
Bölməyə aid digər xəbərlər

18-10-2025, 11:54
İlham Əliyev “Kazinform”a müsahibə verib
18-10-2025, 11:14
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
18-10-2025, 00:03
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
17-10-2025, 18:38
Prezident yeni səfirlik təsis edib - Sərəncam
17-10-2025, 16:00
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
17-10-2025, 14:29
Prezident konfrans iştirakçılarına müraciət edib
17-10-2025, 12:48
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
17-10-2025, 12:30
Gizir və miçmanların həqiqi hərbi xidmət müddəti artırılır
17-10-2025, 11:05
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
17-10-2025, 09:27
Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq
17-10-2025, 07:53
Prezident İlham Əliyev Füzuli ilə bağlı paylaşım edib - Video
17-10-2025, 00:02
Füzulinin işğaldan azad olunmasından beş il ötür
16-10-2025, 13:23
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
16-10-2025, 12:29
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
16-10-2025, 12:23
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
15-10-2025, 18:09
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
15-10-2025, 15:48
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15-10-2025, 13:28
Azərbaycanla Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək
15-10-2025, 13:21
Prezident yeni idarə yaradıb - Fərman
15-10-2025, 12:43
Qarabağın 19 yaşayış məntəqəsinə köç olacaq
15-10-2025, 11:48
İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb
15-10-2025, 11:26
Xankəndidə III Milli Şəhərsalma Forumu başlayıb
15-10-2025, 00:03
İlham Əliyevin ilk dəfə Azərbaycan prezidenti seçilməsindən 22 il ötür
14-10-2025, 19:03
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
14-10-2025, 16:15
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
14-10-2025, 16:14
İlham Əliyev İslam İnkişaf Bankı ilə bağlı qanunu imzalayıb
14-10-2025, 10:20
İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
14-10-2025, 10:01
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
14-10-2025, 09:21
Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir
13-10-2025, 20:30
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - (Yenilənib)
13-10-2025, 20:10
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
13-10-2025, 16:19
İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb
13-10-2025, 15:18
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb
13-10-2025, 15:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
13-10-2025, 13:04
Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü keçirilib - Fotolar
13-10-2025, 12:30
Prezident bir qrup şəxslə bağlı sərəncam imzalayıb - Siyahı
13-10-2025, 11:44
Baş nazir yeni qərar imzalayıb
13-10-2025, 09:58
Sahibə Qafarova Pakistana işgüzar səfərə gedib
12-10-2025, 18:07
İlham Əliyev Baş Assambleya iştirakçılarına müraciət edib
12-10-2025, 17:10
Prezident İlham Əliyev Misirdə işgüzar səfərdədir - Fotolar