18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:14 / 20-10-2025
Xaçmazda 34 yaşlı şəxs güllələnib
12:11 / 20-10-2025
DİN əhaliyə çağırış edib
12:11 / 20-10-2025
Tramp Çinə qarşı əsas tələblərini açıqlayıb
11:59 / 20-10-2025
Prezident 10 məmuru təltif edib - Siyahı
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

20:22 / 15-10-2025

16:07 / 20-10-2025

"Biz öz strateji addımlarımızı elə atmalıyıq ki..." - Prezident Baba Rzayevi qəbul etdi
Tarix: 16-12-2019 17:00 | Bölmə: Gündəm

Prezident İlham Əliyev "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul edib.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Ölkəmizdə elektrik enerjisinin istehsalının, istehsal güclərinin artdığını bildirən Prezident İlham Əliyev deyib:
- Son illərdə bir çox yeni elektrik stansiyaları tikilmişdir. Hazırda Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir və eyni zamanda, bizdə ixrac imkanları yaradılmışdır. Bu il biz önəmli addımların atılması nəticəsində yeni istehsal güclərini işə saldıq. İlk növbədə, "Şimal-2” Elektrik Stansiyasının fəaliyyətə başlaması önəmli hadisədir. Sentyabr ayında mənim iştirakımla stansiyanın açılışı olmuşdur. Gücü 400 meqavat olan stansiya bizim enerji potensialımızı böyük dərəcədə artırır. Şərti yanacağın sərfiyyatı da çox aşağı səviyyədədir. Ona görə bu stansiya bütün standartlara cavab verir. Artıq bir neçə ay keçibdir, stansiyanın fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
Baba Rzayev: Cənab Prezident, qeyd etdiyiniz kimi, Sizin birbaşa tapşırığınız əsasında biz bu stansiyanı işə salmaq üçün böyük bir qrup yaratdıq. Biz analizlər apardıq və bu il sentyabrın 5-də Sizin iştirakınızla 400 meqavatlıq bu istilik elektrik stansiyasını işə saldıq. Qeyd etdiyiniz kimi, bu, Cənubi Qafqazda yük rejimindən asılı olaraq 214-216 qram xüsusi şərti yanacaq işlədən yeganə yarımstansiyadır. Yəni, çox qənaətcildir və onun faydalı iş əmsalı 57,4 faizdir. İl ərzində 3,2 milyard kilovat-saat enerji istehsal edir.
Prezident İlham Əliyev: Hazırda stansiya hansı səviyyədə işləyir, tam gücü nə qədərdir?
Baba Rzayev: Tam gücü ilə işləyir. Biz rejimdən asılı olaraq 380 meqavat yükləyirik, hazırda 380 meqavatla işləyir.
Prezident İlham Əliyev: Çox yaxşı. Bu, bizim enerji potensialımızı böyük dərəcədə gücləndirir və artan tələbatı da təmin edəcəkdir. Eyni zamanda, ilin əvvəlində sizə göstəriş vermişdim ki, "Azərbaycan” İstilik Elektrik Stansiyasının təmir-bərpa işləri təmin edilsin, 8 blokdan 5-də yenidənqurma işləri aparılmalı və tamamlanmalı idi. Bu sahədə vəziyyət necədir?
Baba Rzayev: Cənab Prezident, beş blokda yenidənqurma işləri artıq başa çatıb. Bundan başqa, məruzə etdiyim kimi, 500 kilovoltluq açıq paylayıcı qurğu tamamilə yenidən qurulub, 330 kilovoltluq paylayıcı qurğuda isə işlərin 80 faizdən çoxu icra olunub. Bu, qəzaların qarşısını tamamilə almağa kömək edəcək.
Cənab Prezident, mən Sizə məruzə etmək istəyirəm ki, Ulu Öndər bu stansiyanın təməlini qoydu. Çox çətinliklə də olsa, sovetlər birliyindən bu layihəni alıb Azərbaycanda yerləşdirməyə nail oldu. Siz də bu stansiyaya ikinci həyat verdiniz. Bu, Mingəçevir camaatında həqiqətən çox böyük ruh yüksəkliyi yaradıb. "Azərbaycan” İstilik Elektrik Stansiyasında və Mingəçevir Su Elektrik Stansiyasında 1600 nəfərdən çox adam işləyir. Onlar ümidlərini itirmişdilər ki, yəqin, bunun dövrü artıq bitib, bundan sonra 3 il, 5 il iş yeri olmayacaq. Bugünkü vəziyyəti görürlər və bilirlər ki, həqiqətən orada hələ 20-30 il də işləmək mümkün olacaq.
Prezident İlham Əliyev: Elədir. Amma əfsuslar olsun ki, əvvəlki dövrlərdə stansiya öz potensialını böyük dərəcədə itirmişdi. Ona görə mən "Azərenerji”nin yeni rəhbərliyi qarşısında vəzifə qoymuşdum ki, itirilmiş güclər bərpa edilsin. O vaxt belə hesablanmışdı ki, ən azı 300 meqavat elektrik enerjisi potensialı bərpa edilməlidir. Bu istiqamətdə hansı addımlar atılıb və gələn il hansı işlər gözlənilir?
Baba Rzayev: Cənab Prezident, artıq 200 meqavatı bərpa olunub və biz 300 meqavat yox, 400 meqavat gözləyirik, bir az da ondan çox. Biz 400 meqavatı yay rejimində gözləyirik. Qış rejimində isə təqribən 500-550 meqavat artırılmasını gözləyirik.
Prezident İlham Əliyev: Yəni, qalan 3 blok da təmir olunacaq?
Baba Rzayev: Bəli, tamamilə. Əsas məsələ odur ki, biz onun həm soyutma sistemini, həm də bütün kimyəvi reagentlər olan sahəsini tamamilə yenidən qurmuşuq. Orada blokların özünü, generator, turbin və qazanları tamamilə yenidən qururuq. Amma köməkçi qurğu və binaların hamısını demək olar ki, sıfırdan tikməyə başlamışıq.
Prezident İlham Əliyev: Çox vacibdir, bu, bizim strateji obyektimizdir. Keçən ilin yayında baş vermiş qəza əlbəttə ki, bizə çox baha başa gəldi. Bundan həm bizim vətəndaşlar əziyyət çəkdilər, metroda qalanlar oldu, həm də sənaye müəssisələri ziyan çəkdi. Ona görə qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradıldı və səhlənkarlığa, pozuntulara yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı. Ona görə məhz bizim strateji obyektimiz olan Mingəçevir Elektrik Stansiyasının bərpası və qəzadan özümüzü sığortalamaq məsələləri "Azərenerji”nin yeni rəhbərliyi qarşısında əsas vəzifə kimi dayanmışdır. Eyni zamanda, 400 meqavat gücündə olan "Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi bizim enerji generasiya güclərimizin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir.
Qəzadan sonra mən göstəriş vermişdim ki, bununla paralel olaraq, bizim bütün metro stansiyalarında generatorlar quraşdırılsın. Generatorların əsas işi ondan ibarətdir ki, əgər qəza baş verərsə, qatarlar perrona qədər hərəkət edə bilsinlər və eskalatorlar da işləsinlər. Generatorların quraşdırılması nə yerdədir? Bu iş başa çatıb, yoxsa yox?
Baba Rzayev: Cənab Prezident, məruzə edim ki, bu iş artıq 100 faiz başa çatıb. Artıq mərkəzi idarəetmə pultu Bakı Metropoliteninin baş ofisindədir və orada təhvil-təslim işləri başa çatıb. Bizim 10 yarımstansiyada gücü 2500, 2000 və 1000 kilovolt olan 17 generator quraşdırılıb və 39 meqavat yeni güc mənbəyi yaradılıb və ehtiyata verilib. İşlər çox yüksək səviyyədə tam başa çatıb.
Prezident İlham Əliyev: Çox yaxşı. Bir məsələ də daim diqqət mərkəzində olmalıdır. Bu da bərpaolunan enerji növlərinin yaradılmasıdır. Şadam ki, bu sahəyə xarici investorlar da böyük maraq göstərirlər. Hazırda Azərbaycan Energetika Nazirliyi bu işlərlə məşğul olur, tender elan olunubdur və bu sahədə böyük təcrübəsi olan şirkətlər tenderdə iştirak edirlər. Yəni, sevindirici hal ondan ibarətdir ki, Azərbaycana investisiya qoymaq istəyən şirkətlər öz aralarında rəqabət aparırlar. Vaxtilə biz investorları inandırmağa çalışırdıq ki, gəlib vəsait qoysunlar. Ancaq indi investorlar özləri maraq göstərirlər. Biz tenderin qalibini açıq və şəffaf tender şərtlərinə uyğun müəyyən etməliyik. Bu, çox sevindirici haldır. Çünki söhbət təqribən 400-500 meqavat gücündə bərpaolunan elektrik stansiyalarının inşasından gedir. Eyni zamanda, keçən il biz Azərbaycanda dövlət xətti ilə yaradılmış külək elektrik stansiyasının açılışını mənim iştirakımla qeyd etdik. Stansiyanın gücü 50 meqavatdır və bu stansiya indi necə işləyir? Əlavə stansiyanın tikintisi nəzərdə tutulur, yoxsa yox?
Baba Rzayev: Cənab Prezident, qeyd etdiyiniz kimi, 50 meqavat gücündə Yaşma Külək Elektrik Stansiyası tam gücü ilə işləyir. Biz 2018-ci ildə 60 milyon kilovat-saat, 2019-cu ildə isə 80 milyon kilovat-saat enerji istehsalına nail olmuşuq. Artıq bu günə olan məlumatlar bizdə var. Bu da təxminən 13-14 milyon kubmetr qazın qənaəti deməkdir, buna böyük ehtiyac var. İkincisi, Sizin tapşırığınızla Bakı-Quba magistralının sağ tərəfində - təzə yolla köhnə yolun arasında 84 meqavat gücündə Şurabad Külək Elektrik Stansiyasının artıq bütün layihə-smeta sənədləri hazırlanmış, torpaqların alınması, ötürmə xətləri məsələləri həll edilib və "Vestas” şirkəti bu işə cəlb olunub.
Prezident İlham Əliyev: Yəni, gələn il işlərə başlaya bilərik?
Baba Rzayev: Bəli, gələn işlərə başlaya biləcəyik.
Prezident İlham Əliyev: Çox yaxşı, buna ehtiyac var. Çünki bizim indi generasiya gücümüz daxili tələbatdan daha böyük həcmdə istehsal olunur. Bu da təbiidir. Çünki həmişə bizdə ehtiyat olmalıdır və eyni zamanda, yaradılmış şərait imkan verir ki, biz elektrik enerjisini ixrac edək və bu gün bu sahə ölkəmizə valyuta gətirir. İxrac da olmalıdır, daxili tələbat da təmin edilməlidir. Ancaq biz hamımız onu da bilməliyik ki, daxili tələbat artır və artacaq.
İlk növbədə, artan əhali təbii ki, yeni güclərin işə salınmasını diktə edir, digər tərəfdən, ölkəmizə gələn xarici qonaqlar, onların sayı artıq bu il 3 milyonu keçibdir və təbii ki, bu xidmət sektorunda mövcud olan enerji potensialı daha da artmalıdır və əlbəttə ki, əsas məsələ artan sənayedir. Bu il qeyri-neft sektorumuzda sənaye istehsalı 14 faiz artıbdır və bizim sənayeləşmə ilə bağlı olan digər layihələr bu gün reallaşır. Sənaye parkları, sənaye zonaları, yeni sənaye müəssisələri yaradılır ki, bütün bunlar enerji tələb edir. Ona görə biz öz strateji addımlarımızı elə atmalıyıq ki, daim Azərbaycanın tələbatı, o cümlədən sənaye istehsalı ilə bağlı olan tələbat enerji generasiya gücləri ilə, yarımstansiyalarla, ötürücü xətlərlə təmin edilsin ki, heç bir problem olmasın. Necə ki, bu gün heç bir problem yoxdur. Ona görə əminəm ki, gələn il də "Azərenerji” və onun bütün kollektivi öz vəzifə borcunu ləyaqətlə yerinə yetirəcək və Azərbaycanda enerji dayanıqlılığı daim təmin ediləcəkdir.
Bölməyə aid digər xəbərlər

18-10-2025, 11:54
İlham Əliyev “Kazinform”a müsahibə verib
18-10-2025, 11:14
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
18-10-2025, 00:03
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
17-10-2025, 18:38
Prezident yeni səfirlik təsis edib - Sərəncam
17-10-2025, 16:00
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
17-10-2025, 14:29
Prezident konfrans iştirakçılarına müraciət edib
17-10-2025, 12:48
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
17-10-2025, 12:30
Gizir və miçmanların həqiqi hərbi xidmət müddəti artırılır
17-10-2025, 11:05
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
17-10-2025, 09:27
Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq
17-10-2025, 07:53
Prezident İlham Əliyev Füzuli ilə bağlı paylaşım edib - Video
17-10-2025, 00:02
Füzulinin işğaldan azad olunmasından beş il ötür
16-10-2025, 13:23
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
16-10-2025, 12:29
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
16-10-2025, 12:23
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
15-10-2025, 18:09
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
15-10-2025, 15:48
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15-10-2025, 13:28
Azərbaycanla Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək
15-10-2025, 13:21
Prezident yeni idarə yaradıb - Fərman
15-10-2025, 12:43
Qarabağın 19 yaşayış məntəqəsinə köç olacaq
15-10-2025, 11:48
İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb
15-10-2025, 11:26
Xankəndidə III Milli Şəhərsalma Forumu başlayıb
15-10-2025, 00:03
İlham Əliyevin ilk dəfə Azərbaycan prezidenti seçilməsindən 22 il ötür
14-10-2025, 19:03
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
14-10-2025, 16:15
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
14-10-2025, 16:14
İlham Əliyev İslam İnkişaf Bankı ilə bağlı qanunu imzalayıb
14-10-2025, 10:20
İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
14-10-2025, 10:01
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
14-10-2025, 09:21
Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir
13-10-2025, 20:30
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - (Yenilənib)
13-10-2025, 20:10
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
13-10-2025, 16:19
İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb
13-10-2025, 15:18
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb
13-10-2025, 15:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
13-10-2025, 13:04
Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü keçirilib - Fotolar
13-10-2025, 12:30
Prezident bir qrup şəxslə bağlı sərəncam imzalayıb - Siyahı
13-10-2025, 11:44
Baş nazir yeni qərar imzalayıb
13-10-2025, 09:58
Sahibə Qafarova Pakistana işgüzar səfərə gedib
12-10-2025, 18:07
İlham Əliyev Baş Assambleya iştirakçılarına müraciət edib
12-10-2025, 17:10
Prezident İlham Əliyev Misirdə işgüzar səfərdədir - Fotolar