20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Mariya Zaxarova: “Rusiya və Azərbaycanı necə yaşamaq lazım olduğuna öyrətməyə çalışırlar”
Tarix: 24-01-2020 16:52 | Bölmə: Gündəm
Mariya Zaxarova: “Rusiya və Azərbaycanı necə yaşamaq lazım olduğuna öyrətməyə çalışırlar”

“Mədəniyyətlərin dialoqu mədəniyyətlərin və adət-ənənələrin kənardan məcburi yeridilmədiyi, nəyin doğru, nəyin yanlış olduğunun zorla qəbul elətdirilmədiyi zaman olur”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsası” mövzusunda Bakıda keçirilən "dəyirmi masa"da deyib.

“Mədəniyyətlərin dialoqu bir-birinə hörmət və millət, ölkə olaraq fərqli olsaq da, ortaq fikir axtarışıdır. Mədəniyyətin bu tərəfini inkişaf etdirməliyik. Həm Rusiya, həm də Azərbaycan başqalarının sonsuz sayda məsləhətlər verdikləri, necə yaşamalı, nəyi dəyişməli, keçmişdən nəyi saxlamalı, kimlə ünsiyyət qurmalı və dostluq etməli olduğumuzu sırımağa çalışdığı vəziyyətlə qarşılaşır. Ənənələri qoruyaraq ortaq dəyərlər tapmaq – bax, budur mədəniyyətlərin dialoqu”, - o bildirib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər