20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Bakıda Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb - Ölümcül virusla bağlı
Tarix: 28-01-2020 12:56 | Bölmə: Gündəm
Bakıda Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb - Ölümcül virusla bağlı

Azərbaycanda yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, tibb müəssisəsində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilib, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayrılıb.

İnstitutda 8 palata ayrılıb. Hazırda həmin palataların 5-də ikitərəfli pnevmaniyadan müalicə alan xəstə yatır.

Xatırladaq ki, Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər