16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Prezidentdən koronavirusla bağlı sərəncam - 20 milyon manat ayrıldı
Tarix: 19-03-2020 16:01 | Bölmə: Gündəm
Prezidentdən koronavirusla bağlı sərəncam - 20 milyon manat ayrıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında sərəncam imzalayıb. 

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20,0 (iyirmi) milyon manat ayrılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}