Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Tarix: 20-03-2020 10:30 | Bölmə: Gündəm
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Reyting.az
-ın məlumatına görə, təbrik Birinci vitse-prezidentin “Instagram” səhifəsində yerləşdirilib.

Təbrikdə bildirilir:

“Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}