İlham Əliyev Yunanıstan Prezidentinə təbrik məktubu göndərib
Tarix: 24-03-2020 18:54 | Bölmə: Gündəm
İlham Əliyev Yunanıstan Prezidentinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Yunanıstan Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: 

"Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi yetirirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}