“Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər” –Sensasiyalı iddia
Tarix: 09-02-2016 14:12 | Bölmə: Gündəm / Xəbərlər

 

"Türkiyə Rusiyanı Qafqazdan çıxarmaq üçün müharibəyə hazırlaşır. Türkiyə sadəcə Birləşmiş Ştatlardan zəmanət gözləyir. Hər şeydən əvvəl, bu həmlə boğazlarda və Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü ələ almaq məqsədi daşıyır. Bunun üçün Dağlıq Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər, hansı ki, artıq belə bir vəziyyət yetişib”. Reyting.az saytı publika.az-a istinadən xəbər verir ki, bu barədə "Foreign Affairs” nəşri məlumat yayıb.

"Foreign Affairs” əlavə edir ki, Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan hərbi ittifaqını gücləndirəcək: "Bu ittifaq Rusiyanın tamamilə Qafqazdan çıxarılmasına, dolayısı ilə NATO-nun bölgəni təsir dairəsinə almasına səbəb ola bilər”.

Bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonların qaytarılması qarşılığında buna hazırdır. Xüsusilə prosesdə Türkiyə varsa, Bakı "yox” deməyəcək. Ermənistan əraziləri qaytarmaq istəməsə də, onlar iqtisadi yardım qarşılığında buna məcbur olacaqlar.

Nəşr Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın fevralın 18-nə planlaşdırılan Bakı səfərində bu və digər mühüm məsələlərin müzakirə ediləcəyini də iddia edir.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər