17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Prezident Dövlət Agentliyi ilə bağlı fərman verdi - Dəyişiklik
Tarix: 09-07-2020 15:42 | Bölmə: Gündəm
Prezident Dövlət Agentliyi ilə bağlı fərman verdi

Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, fərmana əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması işlərinin yerinə yetirilməsi üçün lisenziya tələb olunduqda, həmin işləri lisenziya alınmadan yerinə yetirməsi vəzifəsi ləğv edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}