18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Mehriban Əliyeva Böyük Şor gölündəki çirkab örtüyün təmizlənməsi ilə bağlı tapşırıq verdi
Tarix: 09-07-2020 17:58 | Bölmə: Gündəm
Mehriban Əliyeva Böyük Şor gölündəki çirkab örtüyün təmizlənməsi ilə bağlı tapşırıq verdi

Bir neçə gün əvvəl Sobsan boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə müvafiq işlərə başlanılıb. 

Bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib: "Böyük Şor gölündə yaranmış çirklənmənin aradan qaldırılması işləri Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən nəzarətə götürülüb. Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları baş vermiş hadisənin səbəblərini araşdırır”. 

İ.İbrahimova qeyd edib ki, hazırda FHN, ETSN və digər aidiyyəti qurumlar tərəfindən gölün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsi işləri həyata keçirilir. 

Çirkab təbəqə FHN-nin Xəzər Hövzə Xidmətinin texnika və işçi qüvvəsi tərəfindən yığılaraq Təhlükəli Tullantılar Poliqonuna daşınır/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər