Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Tarix: 11-02-2016 16:27 | Bölmə: Gündəm / Xəbərlər

Fevralın 11-də Avropa Məhkəməsi Azərbaycanla bağlı iki qərarını elan edib. Həmin qərarlara əsasən, hökumət hüquqları pozulan gənc fəallara 83min 600 avro ödəməlidir. Bundan başqa, şikayətçilər barəsində yerli məhkəmələrin çıxardığı qərarları ləğv edib, yenidən araşdırmalıdır.
"Azadlıq” radiosu Avropa Məhkəməsinin saytına istinadən bildirir ki, hər iki iş gənc fəalların 2011-ci ildə Bakıda keçirilən etiraz aksiyaları ilə bağlı olub. Şikayətdə gəncləri polisin saxlaması və onlara həbs cəzalarının verildiyi deyilir. Gənc fəalları məhkəmədə İntiqam Əliyev, Əshabəli Mustafayev və Ramin Mustafazadə təmsil ediblər.
Hüseynli və başqalarının işində şikayətçilər İlham Hüseynli, Elçin Səlimov və İbrahim Əhmədzadədir. Şikayətçilər martın 31-i vəaprelin 2-dəBakıdakı etiraz aksiyalarında iştirak etdiklərinə görə saxlanılıblar.Onlar qaba rəftara məruz qalıb və inzibati qaydada həbs ediliblər. Yerli məhkəmələr onların şikayətlərinin heç birini təmin etməyib.
Ərizəçilər Avropa Məhkəməsinə şikayətlərində birləşmək (maddə 11), ədalətli məhkəmə araşdırması (maddə 6), azadlıq və toxunulmazlıq (maddə 5) hüquqlarının pozulmasının tanınmasını, dəymiş zərərin kompensasiya edilməsini xahiş etmişdilər.
Bu işdə Avropa Məhkəməsi ərizəçilərin birləşmək, ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq hüquqlarının pozuntusunu tanıyıb. Məhkəmə qərarına əsasən, hökumət 3 ərizəçinin hər birinə 12 min avro (cəmi 36 min avro), hüquqi məsrəflərə görə isə cəmi 6 min avro ödəməlidir.
İkinci işdə isə şikayətçilər gənc fəallar Ağasif İbrahimov, Emin Fərhadi və Cəmil Hacıyevdir. Onlar 2011-ci ilin mayında «Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi» adından Bakıda etiraz aksiyası keçirmək istəyiblər. Polis onların planladığı aksiyanı zorla dağıdıb. İnzibati qaydada həbs edilən fəallara vəkilə çıxış imkanı verilməyib.
Bu işdə ərizəçilərbirləşmək (maddə 11), ədalətli məhkəmə araşdırması (maddə 6), azadlıq və toxunulmazlıq (maddə 5) və ifadə azadlığı (maddə 10) hüquqlarının pozuntusunun tanınmasını, dəymiş zərərə görə təzminat ödənilməsini istəmişdilər.
Avropa Məhkəməsi bu işdə də hesab edib ki, ərizəçilərinbirləşmək, ədalətli məhkəmə, azadlıq və toxunulmazlıqhüquqları pozulub. Məhkəmə bu işdə ifadə azadlığı hüququnun pozuntusunu tanımayıb. Məhkəmə qərarına görə, hökumət ərizəçilərin hər birinə 12 min avro (cəmi 36 min avro), hüquqi məsrəflərə görə isə 5 min 600 avro ödəməlidir.
Qərarlar Azərbaycan hökuməti şikayət verməzsə, 3 ay sonra qüvvəyə minəcək.
Son zamanlar Avropa Məhkəməsində Azərbaycanla bağlı çıxarılan qərarların sayı xeyli artıb. Beynəlxalq məhkəmə 2015-ci ildə Azərbaycanla bağlı hüquqların pozuntusunu tanıyan 30 qərar qəbul edib. 2014-cü ildə belə qərarların sayı 11 olmuşdu.
Avropa Məhkəməsi 2016-cı ildə Azərbaycanla bağlı ilk qərarını fevralın 4-də elan edib. Məhkəmə həmin qərarında jurnalist Hilal Məmmədovun hüquqlarının pozuntusunu tanıyıb.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər