18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ədliyyə Nazirliyi: “Məhbuslar arasında tək-tək yoluxma halı var"
Tarix: 07-08-2020 12:14 | Bölmə: Gündəm
Ədliyyə Nazirliyi: “Məhbuslar arasında tək-tək yoluxma halı var"

“Koronavirusa ilk yoluxma halı şəhər xəstəxanasından çıxarılan məhkumda rast gəlinib. Təmas halı orda baş verib. Bundan sonra bütün təmasların nəzarətdə saxlanılmasına başlanılıb”.

Bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi müavini İftixar Qurbanov deyib.

O bildirib ki, məhbuslar arasında yoluxma halı ictimaiyyətə mütəmadi çatdırılır: “Məhbuslar arasında tək-tək yoluxma halı var. Koronavirusa yoluxma halı aşkarlandıqda dərhal karantin təmin olunur və həmin şəxsin müalicəsi və müayinəsi tətbiq olunur. Bugünkü günə qədər koronavirus yoluxmuş məhkumlar arasında vəziyyəti ağırlaşmış məhbus olmayıb, hamısı sağalıb”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər