Azərbaycan və Türkiyə XİN başçıları görüşüb - Yenilənib
Tarix: 11-08-2020 12:45 | Bölmə: Gündəm
Azərbaycan və Türkiyə XİN başçıları görüşüb

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşü keçirilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

Qeyd edək ki, bu gün C. Bayramov Türkiyəyə səfər edib.

Səfər çərçivəsində ikitərəfli və regional münasibətlər, eləcə də dünyada son proseslərə dair məsələlər müzakirə olunacaq/APA.

Xatırladaq ki, bu, C. Bayramovun Azərbaycan XİN başçısı kimi ilk rəsmi səfəridir.

***

Xarici işlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan və Türkiyə XİN başçıları görüşüb
Azərbaycan və Türkiyə XİN başçıları görüşübAzərbaycan və Türkiyə XİN başçıları görüşüb
Azərbaycan və Türkiyə XİN başçıları görüşüb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}