18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Nazir koronavirus peyvəndi haqda məlumatlar açıqlayıb
Tarix: 11-08-2020 13:24 | Bölmə: Gündəm
Nazir koronavirus peyvəndi haqda məlumatlar açıqlayıb

Rusiyada qeydiyyatdan keçən koronavirusa qarşı ilk peyvəndin nəticələri yüksək effektivlik göstərib.

Bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.

O, peyvənd olunan bütün könüllülərdə COVID-19-a qarşı yüksək titrli antitel formalaşdığını qeyd edib.

“Bununla yanaşı, onların heç birində immun sisteminin ciddi fəsadları qeydə alınmayıb”, - deyə rusiyalı nazir vurğulayıb.

Qeyd edək ki, dünyada ilk dəfə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd Rusiyada qeydiyyatdan keçib. İnyeksiya üçün maye halında olan peyvənd Hamaley adına Mərkəz tərəfindən işlənib hazırlanıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər