Ərdoğan Azərbaycanın iki nazirini qəbul edib - Yenilənib
Tarix: 11-08-2020 14:03 | Bölmə: Gündəm
Ərdoğan Azərbaycanın iki nazirini qəbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.

Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə keçirdiyi brifinqdə deyib.

Qeyd edək ki, C. Bayramovun Türkiyəyə səfəri davam edir.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib.

Reyting.az
xəbər verir ki, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, C. Bayramov Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı Türkiyə prezidentini məlumatlandıracaq.

Ərdoğan Azərbaycanın iki nazirini qəbul edib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}