07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Təhsil Nazirliyi: “Xüsusi dərs cədvəli hazırlanacaq, hər partada bir şagird əyləşəcək"
Tarix: 11-09-2020 16:45 | Bölmə: Gündəm
Təhsil Nazirliyi: “Xüsusi dərs cədvəli hazırlanacaq, hər partada bir şagird əyləşəcək"

“Adi məktəblərdə 26-36 kvadratlıq sinif otaqları var. Böyük kvadratlıq siniflər isə qruplara bölünəcək”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, şagird sayı sinif otağının həcmindən asılıdır: “Hər partada bir şagird əyləşəcək. 48 şagird heyəti olan sinifdə 24 nəfərə dərs keçiləcək. Bu da o deməkdir ki, hər partada bir şagird otura biləcək. Həmin qruplar üçün də xüsusi dərs cədvəli hazırlanacaq”

V. Yaqublu əlavə edib ki, uyğunlaşdırılmış tədris planı hazırlanaraq yerlərə göndərilib: "Fiziki tərbiyə fənni onlayn qaydada keçiriləcək. İstənilən fənnin istənilən yerdə keçirilməsi mümkündür. Yəni müəllimin mütləq məktəbə gəlməsi məcburi deyil”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}