Prezident İlham Əliyev Zelenskiyə başsağlığı məktubu göndərib
Tarix: 26-09-2020 15:25 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Zelenskiyə başsağlığı məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə başsağlığı məktubu göndərib. 

Reyting.az
xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}