Füzuli, Cəbrayıl və Zəngilanın daha 22 kəndi işğaldan azad edilib - Siyahı
Tarix: 21-10-2020 20:27 | Bölmə: Gündəm
Füzuli, Cəbrayıl və Zəngilanın daha 22 kəndi işğaldan azad edilib

"Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Reyting.az
xəbər verir ki, bu sevincli xəbəri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində paylaşıb.

Prezident daha sonra Cəbrayıl və Füzuli rayonlarının azad olunan digər kəndlərinin adlarını açıqlayıb:

"Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!.

Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini də işğaldan azad edib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}