Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Tarix: 17-02-2016 16:20 | Bölmə: Gündəm / Xəbərlər

Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov vəzifəsindən azad edilib.
Bununla bağlı Azərbaycan Prezidenti müvafiq sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Vahab Məmmədov Dövlət Statistika Komitəsi sədrinin birinci müavini təyin edilib.
V.Məmmədov 1963-cü il avqustun 27-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İqtisad elmləri namizədidir. 1987-ci ildə Əli Bayramov adına Bakı İstehsalat Birliyində mühasib, 1987-1992-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda iqtisadçı və elmi işçi vəzifəsində işləyib. 1988-1991-ci illərdə aspiranturada təhsilini davam etdirib və Moskva şəhərində Mərkəzi Əmək İnstitutunda elmi işini müdafiə edib. 1992-1993-cü illərdə Əmək və Sosial Məsələlər Komitəsində aparıcı iqtisadçı, baş iqtisadçı, 1993-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdirinin müavini, 1994-1997-ci illərdə Əlillərin Sosial Müdafiəsi Fondunda sədrin müavini, 1997-2015-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisinin müavini, idarə rəisi, şöbə müdiri vəzifələrində çalışıb. Bununla yanaşı, 2000-2001-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində direktor vəzifəsində işləyib. 2015-ci il oktyabr ayının 19-dan Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər