Hesablama Palatası Dövlət Komitəsində nöqsanlar aşkarladı
Tarix: 25-02-2016 13:18 | Bölmə: Gündəm / Xəbərlər


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma İdarəsində aparılmış yoxlamalar zamanı 300 sərəncamın qanunsuz ləğv edilməsi halı aşkarlanıb.

Reyting.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Hesablama Palatasının auditoru Cəfər Həsənov deyib.

C.Həsənovun sözlərinə görə, pozuntular adıçəkilən qurumun aparat xərclərinin yoxlanılması zamanı aşkar edilib:"Təsəvvür edin ki, sərəncam təqdim edib, hansısa qurumda yoxlama aparıblar, daha sonra gəlib həmin sərəncamları ləğv ediblər. Auditor təşkilatlarından xahiş edirəm ki, yoxlamalar apararkən bu məsələləri də nəzərə alsınlar".

 

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər