16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Şahmar Mövsümov: “Azərbaycan ən təhlükəsiz vaksini əldə edib”
Tarix: 16-01-2021 12:06 | Bölmə: Gündəm
Şahmar Mövsümov: “Azərbaycan ən təhlükəsiz vaksini əldə edib”

Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov qeyd edib ki, hələlik müəyyən miqdarda vaksin gətirilib. O, vaksinlərin mərhələli şəkildə ölkəyə gətiriləcəyini bildirib.

Ş. Mövsümov əlavə edib ki, vaksinasiya məsələsi daim ölkə rəhbərliyinin, xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Onların sayəsində ölkəmizdə yanvarın 18-dən vaksinasiya prosesinə başlanılır.

Prezidentinin köməkçisi deyib ki, Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}