Əfv Komissiyası yenidən toplanıb: "Daha 150-dən artıq müraciətə baxılıb"
Tarix: 24-02-2021 19:07 | Bölmə: Gündəm
Əfv Komissiyası yenidən toplanıb: "Daha 150-dən artıq müraciətə baxılıb"

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiya tam tərkibdə olub: “Komissiyanın işi məhsuldar oldu. 150-dən artıq müraciətə baxıldı. Bu gün əsasən yol-hadisəsi törətmiş şəxslərin müraciəti idi".

Onun sözlərinə görə, Komissiyanın iclasları davam edəcək: "Çox güman ki, bu həftə komissiyanın daha bir iclası baş tutacaq".

Qeyd edək ki, bundan əvvəl komissiyanın 2 iclası keçiriib. Həmin iclaslarda ümumilikdə 200-dən artıq müraciətə baxılıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}