Mədət Quliyev Ziya Məmmədovun kürəkənini işdən çıxardı
Tarix: 08-03-2016 12:32 | Bölmə: Gündəm / Xəbərlər


Dövlət Təhlikəsizlik Xidmətinin Quba rayonu üzrə rəisi Heydər Abıyev vəzifəsindən çıxarılıb. Bu haqda "Basta” məlumat yayıb. Məlumatda bildirilir ki, Heydər Abıyev nəqliyyat naziri Ziya Məmmədovun bacısı qızının əridir. Onun bu vəzifəyə təyin olunmasında Z.Məmmədovun köməyi böyük olub.

Heydər Abıyev həmçinin keçmiş deputat, hazırki icra başçısı Əhəd Abıyevin qardaşı oğludur.

Qeyd edək ki, regionların idarə olunmasına dair bölgüyə əsasən Azərbaycanın şimal bölgəsi Ziya Məmmədovun kurasiyasında sayılır. İndi bölgədə əhali arasında söhbət gəzir ki, bu zona Ziya Məmmədovun nəzarətindən çıxarılaraq, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin nəzarətinə verilir.

Bir müddət əvvəl Naqliyyat Nazirliyinin bir sıra qurumlarının ləğv olunması və müvafiq səlahiyyətlərin başqa nazirliklərə verilməsi haqqında xəbərlər dərc olunub. Hadisələrin inkişafı hakimiyyətin əsas oliqarxlarından biri olan Z.Məmmədovun dayaqlarının tədricən vurulduğu və onun özünün də yaxın vaxtlarda vəzifədən çıxarılacağını təsdiqləyir




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər