Azərbaycanda daha 2047 nəfər koronavirusa yoluxub, 39 nəfər vəfat edib
Tarix: 22-04-2021 17:58 | Bölmə: Gündəm
Azərbaycanda daha 2047 nəfər koronavirusa yoluxub, 39 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 047 yeni yoluxma faktı qeydə alınıb, 2 610 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 307 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 272 575 nəfər müalicə olunaraq sağalıb, 4 274 nəfər vəfat edib. 31 131 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 542, bu günə qədər isə ümumilikdə 3 153 877 test icra olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}