13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Bu bəyannaməni təqdim etməyənlər Azərbaycana buraxılmayacaq
Tarix: 03-05-2021 16:06 | Bölmə: Gündəm
Bu bəyannaməni təqdim etməyənlər Azərbaycana buraxılmayacaq

“Özünütəcrid barədə bəyannamə”ni təqdim etməyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılacaqlar.

Bu, Nazirlər Kabinetinin 1 may tarixli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə” qərara verdiyi izahda əksini tapıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar hava gəmisində bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin paylanmasını təmin ediləcək və Azərbaycana gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verəcəklər.

Sərhəd nəzarətindən keçərkən həmin Bəyannaməni təqdim etməyən Azərbaycan vətəndaşları iki həftə müddətinə karantinə alınacaq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ölkə ərazisinə buraxılmayacaq və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılacaq/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər