Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Tarix: 15-03-2016 12:50 | Bölmə: Gündəm / Xəbərlər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri növbəti dəfə təxirə salınıb. "Report” xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet” qəzeti məlumat yayıb.
Məlumata görə, Prezident İlham Əliyev martın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktından sonra qardaş ölkəylə həmrəylik çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Bakıda deyil, Ankarada keçirilməsini təklif edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da terrorla mübarizə məsələsində Türkiyəylə həmrəylik nümayişinə görə təklifi qəbul etdiyi və bu jestinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdiyi bildirilib.
Bu baxımdan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Ankarada keçiriləcəyi və Prezident İlham Əliyevin Türkiyəyə səfər edəcəyi qeyd olunub.
Qeyd edək ki, R.T.Ərdoğan bu il fevralın 17-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Azərbaycana gəlməli idi. Ancaq fevralın 17-də Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında törədilən terror aktı ilə əlaqədar bu səfər təxirə salınmışdı. Həmin qanlı hadisə nəticəsində isə 29 nəfər həyatını itirmiş, 61 nəfər yaralanmışdı. Ötən axşam Türkiyənin paytaxtı Ankarada yenə terror aktı törədilib, 37 nəfər həlak olub, 125 nəfər isə yaralanıb.
Onu da qeyd edək ki, artıq Azərbaycan Prezidenti
İlham Əliyev Ankara səfəri
başlayıb.
Hazırda İ.Əliyevin rəsmi
qarşılanma mərasimi keçirilir.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər