Xəzərdə partlayış: 4 qurumun mütəxəssislərindən ibarət ekspedisiya qrupu yaradılıb
Tarix: 05-07-2021 12:27 | Bölmə: Gündəm
Xəzərdə partlayış: 4 qurumun mütəxəssislərindən ibarət ekspedisiya qrupu yaradılıb

“Hazırda Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti ilə əlaqədar gəmilərin sözügedən əraziyə yaxınlaşmasında müəyyən çətinliklər yaranıb".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə Əlif Hacıyev elmi-tədqiqat gəmisi ilə dənizə çıxacaq və təhlillər aparacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər