13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Mövqelərimiz yenə atəşə tutulub: "Şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur"
Tarix: 06-08-2021 11:21 | Bölmə: Gündəm
Mövqelərimiz yenə atəşə tutulub: "Şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur"

Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur: "Cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər