21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Aşqabad Bəyannaməsi: "Azərbaycanın işğaldakı ərazilərinin azad edilməsi sülhə və iqtisadi tərəqqiyə yol açacaq"
Tarix: 28-11-2021 14:48 | Bölmə: Gündəm
Aşqabad Bəyannaməsi: "Azərbaycanın işğaldakı ərazilərinin azad edilməsi sülhə və iqtisadi tərəqqiyə yol açacaq"

"Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinin Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanırıq".

Bu barədə Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammitinin yekun Bəyannaməsində deyilir.

Bəyannamədə Azərbaycan hökuməti və xalqına işğal olunmuş ərazilərin azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ünvanlanıb.

Sənəddə bundan sonrakı mərhələdə Qafqaz regionunda mehriban qonşuluq münasibətlərinin qurulmasının vacibliyi vurğulanır.

Həmçinin İƏT-ə üzv dövlətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə qoymaq imkanlarını araşdıracağı qeyd edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər