16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İlham Əliyev Türkiyə prezidenti ilə görüşüb - Yenilənib
Tarix: 28-11-2021 21:22 | Bölmə: Gündəm
İlham Əliyev Türkiyə prezidenti ilə görüşüb

Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

***

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edilib.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunulub, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirilib.

Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.

Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə ediblər.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}