16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Prezident iki nazir müavinini vəzifədən azad edib - Foto
Tarix: 29-11-2021 17:22 | Bölmə: Gündəm
Prezident iki nazir müavinini vəzifədən azad edib

Azərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib

Nazirliyin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}