16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib - Foto
Tarix: 29-11-2021 19:19 | Bölmə: Gündəm
Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının Baş naziri, COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Nazirlər Kabineti yanında Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib.

Nazirlər Kabinetinin məlumatına görə, iclasda pandemiya ilə bağlı hazırkı vəziyyət – yoluxmanın miqyası, xəstələrin müalicəsi, peyvəndlənmənin sürəti və miqyası, xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair məsələlər müzakirə olunub.

Qarşıdan gələn Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

İclasda, habelə “Omikron” ştammı və ona qarşı proflaktik tədbirlər müzakirə olunub və müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}