Narkotik vasitələrin məhv edilməsi və ya tibbi məqsədlərlə istifadəsi ilə bağlı yeni qayda hazırlanacaq - Fərman
Tarix: 18-05-2022 21:57 | Bölmə: Gündəm
Narkotik vasitələrin məhv edilməsi və ya tibbi məqsədlərlə istifadəsi ilə bağlı yeni qayda hazırlanacaq

Azərbaycanda cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydası hazırlanacaq.

Reyting.az
xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, Nazirlər Kabinetinə Azərbaycan Prezidenti ilə razılaşdırmaqla beş ay müddətində bu qaydanı müəyyənləşdirmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər