14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Prezident Qırğızıstanla Anlaşma Memorandumunu təsdiqləyib
Tarix: 23-06-2022 15:04 | Bölmə: Gündəm
Prezident Qırğızıstanla Anlaşma Memorandumunu təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, sənədə əsasən, 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}