10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
İlham Əliyev şəhidlərlə bağlı yeni qanunu təsdiqləyib
Tarix: 24-11-2022 17:59 | Bölmə: Gündəm
İlham Əliyev şəhidlərlə bağlı yeni qanunu təsdiqləyib

Prezident İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Reyting.az
xəbər verir ki, sənədə əsasən qanunun 6-cı maddəsinə “Azərbaycan Respublikasının” sözlərindən sonra “dövlət” sözü, “fondlarından” sözündən sonra “, habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına” sözləri əlavə edilib.

Belə ki, qanunun hazırda qüvvədə olan 6-cı madəsinə əsasən şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilir. Bundan sonra bu sıraya dövlət icbari şəxsi sığorta vəsaitləri də əlavə edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}