Şəhid Orxan Əsgərovun cənazəsini Bakıya gətiriblər - Fotolar (Yenilənib)
Tarix: 30-01-2023 00:17 | Bölmə: Gündəm
Şəhid Orxan Əsgərovun cənazəsini Bakıya gətiriblər

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Azərbaycana gətirilib.

Reyting.az
-ın məlumatına görə, şəhidin cənazəsini gətirən təyyarə Heydər Əliyev adına Hava Limanında enib.

***

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb:

"29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb.

Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!".

E.KAMAL







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}