00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Prezident İlham Əliyevlə Tokayev Qazaxıstanda birgə bəyanat veriblər -Video/Fotolar (Yenilənib)
Tarix: 10-04-2023 20:05 | Bölmə: Gündəm

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib.
Reyting.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.
***
Daha sonra prezident İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi keçirilib.
***
Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə geniş tərkibdə görüşüb.
Reyting.az xəbər verir ki, dövlət başçısı İlham Əliyevi salamlayan Prezident Kasım-Jomart Tokayev deyib:
-Hörmətli İlham Heydər oğlu.
Əziz dostlar.
Əsrlər boyu bizi sarsılmaz dostluq və qarşılıqlı hörmət telləri bağlayır. Tarixi köklər, coğrafi yaxınlıq və çoxillik sıx əlaqələr iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün zəmin olub. Biz qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq. Bu, bizim ümumi məqsədimizdir.
Azərbaycan bizim üçün sadəcə mühüm və etibarlı tərəfdaş deyil, qardaş, yaxın dövlətdir. Biz çoxəsrlik sarsılmaz dostluq, qarşılıqlı dəstək tellərinə güvənərək səmərəli dövlətlərarası əməkdaşlıq yaratmışıq. Bu gün bu əməkdaşlıq əsl strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir. Ölkələrimiz arasında etimada əsaslanan fəal siyasi dialoq yaranıb. Hökumət səviyyəsində nizamlanmış iş aparılır, çoxtərəfli məkanlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət həyata keçirilir. Bizdə sanballı müqavilə-hüquqi baza formalaşıb. Artıq 90-dan çox sənəd imzalanıb.
Keçən il biz strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə, habelə 2026-cı ilə qədər olan dövrdə əməkdaşlığın inkişafına dair kompleks proqram imzalamışıq. Bu gün də bir sıra mühüm sənədlər qəbul ediləcək. Bundan əlavə, Sizin səfəriniz çərçivəsində biz Ali Dövlətlərarası Şuranın təsis olunmasını təsbit edəcəyik. Bu, şübhəsiz ki, ikitərəfli münasibətlərə güclü təkan verəcək.
Ticari-iqtisadi sahədə qarşılıqlı fəaliyyətimizin əhəmiyyətli dərəcədə irəliləməsini məmnuniyyətlə qeyd etmək istərdim. Bu gün qeyd etdiyimiz kimi, əmtəə dövriyyəsi 40 faiz artıb və yarım milyard dollara çatıb. Fikrimcə, bu, sanballı nəticədir. Əminəm ki, iqtisadi potensialımız tam surətdə açıldıqca biz bu göstəricini bir milyard dollara çatdıra bilərik. Bundan ötrü energetika, nəqliyyat, logistika, IT, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var.
Mədəni-humanitar əlaqələr durmadan möhkəmlənir. Burada bizim milliyyətcə azərbaycanlı olan 130 min vətəndaşımız əsas əlaqələndirici vəsilə kimi çıxış edir və onların bir hissəsi, bəlkə də kiçik bir hissəsi bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfinə adlandırılmış küçənin açılışında iştirak edəcək. Biz onları məxsusi dəvət etmişik.
İki ölkənin mədəniyyət ongünlüklərinin keçirilməsi barədə razılaşmanı xüsusi vurğulamaq istəyirəm. Qazaxıstan mədəniyyət günləri artıq bu il keçiriləcək. Bu gün biz hörmətli Azərbaycan Prezidenti ilə birlikdə görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin adını daşıyan küçənin açılışını edəcəyik. Bu hadisəni Azərbaycan xalqının böyük oğlunun 100 illiyinə həsr edəcəyik.
Bu gün Heydər Əliyev haqqında “Əziz ömür” – “Görkəmli həyat” adlı sənədli filmin premyerası olacaq. Təbii ki, bu film bizim tapşırığımıza əsasən Qazaxıstan Teleradio Korporasiyası tərəfindən çəkilib. Qazax xalqının Azərbaycana hədiyyəsi – Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ölkələrimizin səmimi dostluğuna və qarşılıqlı dəstəyinə daha bir parlaq sübutdur. Mənə bildiriblər ki, bu obyektin tikintisi kifayət qədər sürətlə həyata keçirilir. Fikrimcə, lap yaxın vaxtlarda biz bu obyektin fəaliyyətə başlamasını görə biləcəyik. Biz bundan sonra da hərtərəfli humanitar əlaqələri hər vasitə ilə inkişaf etdirmək, ortaq mənəvi-mədəni dəyərlər xəzinəsini zənginləşdirmək əzmindəyik.
Hörmətli İlham Heydər oğlu, Sizinlə məhdud tərkibdə danışıqlarda bizim gündəlikdəki bəzi aktual mövzuları ətraflı müzakirə etdik, dövlətlərimizin qarşılıqlı fəaliyyətinin yeni artım nöqtələrini müəyyənləşdirdik, beynəlxalq strukturlar çərçivəsində dialoqun möhkəmləndirilməsinə dair fikir mübadiləsi apardıq. Bütün bu məqamlar bizim bu gün imzalayacağımız birgə bəyanatda müvafiq şəkildə əks olunacaq.
Bir daha əmin olduğumu bildirirəm ki, Sizin Qazaxıstana səfəriniz böyük əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu səfər ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı münasibətlərinin inkişafına güclü təkan verəcək. Sözü Sizə vermək istərdim.
X X X
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
-Sağ olun, hörmətli Kasım-Jomart Kemeliviç.
İlk növbədə, dəvətə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Mən yenidən qardaş Qazaxıstan torpağında olmağıma və Sizinlə dialoqumuzu davam etdirməyə çox şadam. Keçən ilin avqust ayında Sizin Azərbaycana səfəriniz barədə yaxşı xatirələrim var. Bu gün biz Sizinlə ilk görüşümüzdə məmnuniyyətlə qeyd etdik ki, qəbul etdiyimiz qərarlar həyata keçirilir. Əminəm ki, mənim Qazaxıstana səfərim çərçivəsində qəbul edəcəyimiz qərarlar da reallaşacaq.
Heydər Əliyevin xatirəsinin ehtiramla yad edilməsinə, Qazaxıstan paytaxtının mərkəzi küçələrindən birinə onun adının verilməsinə, Siz mənim atamın və Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsini ehtiramla yad etdiyinizə görə bir daha öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim.
İşğaldan azad edilmiş Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilməsi barədə Sizin şəxsi qərarınıza görə də təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi həqiqətən çox sürətlə gedir və fürsətdən istifadə edib Sizi bu mərkəzin açılışı mərasiminə dəvət etmək istəyirəm. Bu, xalqlarımızın dostluğunun və qardaşlığının yaxşı rəmzi olacaq, ona görə ki, biz dağıdılmış infrastrukturun, o cümlədən sosial infrastrukturun bərpa edilməsi üzrə çox böyük işlər görməliyik. Qardaş Qazaxıstanın belə bir təşəbbüsü, əlbəttə, bütün azərbaycanlılarda böyük təşəkkür hissi doğurur.
Biz münasibətlərimizin müsbət fonunu möhkəmləndiririk. Xalqlarımız arasında münasibətlərin böyük tarixi var və bu münasibətlər həmişə qardaşlar arasındakı kimi olub. Bu gün gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Sizinlə müzakirə etdiyimiz əməkdaşlıq sahələrində, ilk növbədə, energetika, nəqliyyat-tranzit sahəsində çox böyük potensial var. Təsadüfi deyil ki, Qazaxıstan nümayəndə heyətində olduğu kimi, bizim nümayəndə heyətinin tərkibində də müvafiq strukturların rəhbərləri təmsil olunub. Onların məsələlərin konkret həll yollarını müzakirə etməkdən ötrü bütün bürokratik, inzibati maneələri aradan qaldırmaları Transxəzər dəhlizinin təkcə coğrafi və geosiyasi baxımdan deyil, həm də iqtisadi baxımdan cəlbediciliyi üçün yaxşı fürsət olacaq. Fikrimcə, bundan ötrü kifayət qədər imkan var.
Onu da qeyd etməyi zəruri sayıram ki, humanitar sahədə əməkdaşlıq birinci dərəcəli əhəmiyyət kəsb edir. Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək. Bu, xalqlarımızı daha da yaxınlaşdıracaq, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirəcək. Hesab edirik ki, məhz humanitar əlaqələr bizim dövlətlərarası münasibətlərin qurulmasının əsasıdır. Əlbəttə, qarşılıqlı maraq doğuran sahələr çoxdur. Biz həqiqətən qarşılıqlı fəaliyyətin müttəfiqliyin keyfiyyətcə yeni səviyyəsinə qədəm qoyuruq və bu, bu gün imzalanacaq Bəyannamədə artıq əks olunub. Beləliklə, biz ölkələrimizin və xalqlarımızın uğurlu birgə gələcəyini bir çox onilliklər qədər irəlicədən müəyyən edirik.
Onu da qeyd etməyi vacib hesab edirəm ki, Qazaxıstan və Azərbaycan bütünlükdə öz xüsusi resurslarına güvənən, xarici köməkdən asılı olmayan və öz taleyini, öz gələcəyini özləri quran ölkələrdir. Bu da bugünkü dünya siyasətində ən mühüm amildir. Düşünürəm ki, bizim ölkələrimizin milli maraqlarının müdafiəsinə prinsipial yanaşma nümayiş etdirməyimiz də xalqlarımızın xarakterinə dəlalət edir. Dəvətə görə bir daha təşəkkürümü bildirmək istərdim.
Ümidvaram ki, bizim müəyyənləşdirdiyimiz bütün məsələləri geniş tərkibdə və bir qədər sonra daha ətraflı müzakirə edəcəyik. Sağ olun.
Prezident Kasım-Jomart Tokayev: Təşəkkür edirəm. Ticarət, kənd təsərrüfatı, logistika və başqa sahələrdə əməkdaşlığın perspektivləri barədə Sizin dəyərləndirmələrinizlə razıyam.
X X X
Görüş əsnasında media və kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, bu sahədə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi vurğulanıb. Qazaxıstan Dövlət Televiziyası tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş filmin hazırlandığı və həmin filmin bu günlərdə Qazaxıstan Dövlət Televiziyasında nümayiş olunacağı bildirilib. Filmin, eyni zamanda, Azərbaycan Televiziyasında nümayiş etdiriləcəyi də vurğulanıb. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin Qazaxıstanda dərin hörmət və ehtiramla yad olunduğu qeyd edilib.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkürünü bildirdi.
Prezident Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinin səfərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb, səfər çərçivəsində imzalanacaq sənədlərin və aparılmış müzakirələrin ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qalxmasına şərait yaratdığını qeyd edib.
Görüş əsnasında Qazaxıstan tərəfindən hökumətlərarası komissiyanın rəhbəri bu günə qədər görülmüş işlər haqqında məruzə ilə çıxış edib. Azərbaycan tərəfindən iqtisadiyyat naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri görülən işlər barədə məruzələrlə çıxış ediblər.
Həmçinin dövlət başçıları bu gün imzalanacaq sənədlər arasında Yüksəksəviyyəli Dövlətlərarası Şuranın yaradılmasını çox müsbət addım kimi qiymətləndiriblər. Bunun Azərbaycanla Qazaxıstan arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasının nümunəsi olduğu vurğulanıb. Eyni zamanda Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış sənədin ölkələrimiz arasında münasibətlərin məhz müttəfiqlik əsasında inkişafı üçün zəmin yaratdığı qeyd olunub.
Dövlət başçıları aidiyyəti üzrə nazirlərə tapşırıqlarını veriblər.
***
Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü olub.
Reyting.az-ın xəbərinə görə, görüşdə çıxış edən prezident Kasım-Jomart Tokayev deyib:
- Bizdə qəbul edildiyi kimi desək, “Xoş gəldiz”.
Prezident İlham Əliyev: Sağ olun.
Prezident Kasım-Jomart Tokayev: Sizi rəsmi səfərində görməyimizə şadıq. Mənim dəvətimi qəbul etdiyinizə görə minnətdarlığımı bildirmək istərdim. Keçən ilin avqust ayında mən Bakıya səfər etdim. Bu səfər olduqca səmərəli keçdi və ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verdi. İndi, necə deyərlər, saatları tutuşdurmaq, prezidentlərin tapşırıqlarının iki ölkənin hökumətləri tərəfindən necə icra edilməsini yoxlamaq zərurəti yaranıb.
Qeyd etmək istərdim ki, Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir. Biz öz tərəfimizdən ticari-iqtisadi, investisiya sahələrində və əlbəttə, siyasi arenada istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət üçün hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdən ötrü nə mümkündürsə edirik. Çox iş görülüb. Fikrimcə, geniş tərkibdə görüşdə bu barədə danışacağıq. Bundan əlavə, müvafiq nazirlərin məruzələrini dinləyəcəyik, onlar görülmüş işlər barədə hesabat verməlidirlər, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair planlar cızacağıq.
Biz Sizin səfərinizə hazırlamışıq. Yəqin ki, eşitmisiniz, Qazaxıstan Teleradio Korporasiyası mənim tapşırığıma əsasən görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi sənədli film hazırlayıb. Bu axşam onu qazax və rus dillərində göstərəcəklər.
Qazaxıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş markanın buraxıldığını bildirən Kasım-Jomart Tokayev Ulu Öndərin ölkələrimiz arasında əməkdaşlığın qurulması və inkişafındakı böyük tarixi rolunun xatırlandığını qeyd etdi. Qazaxıstan Prezidenti dövlət başçılarının birlikdə Astananın nüfuzlu rayonunda Ümummilli Lider Heydər Əliyevin adını daşıyan küçənin açılışını edəcəklərini bildirdi.
Prezident Kasım-Jomart Tokayev: Əlbəttə, biz Cənubi Qafqaz regionunda lider rolu oynayan Azərbaycan ilə iqtisadi sahədə qarşılıqlı əlaqələrin, əməkdaşlığın inkişaf etdirilməsinə dair çox ciddi iş aparmaq əzmindəyik. Bizim aramızda hər hansı problem yoxdur. Yalnız məhz bu istiqamətdə irəli getmək arzusu var. Sizə Təşəkkür edirəm.
X X X
Prezident İlham Əliyev deyib:
- Hörmətli Kasım-Jomart Kemeliviç, ilk növbədə, dəvətə və qonaqpərvərliyə görə sağ olun.
Heydər Əliyevin xatirəsinə hörmətinizə görə bəri başdan öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Sizin tapşırığınıza əsasən Qazaxıstanda həm Heydər Əliyevin xatirəsinə, həm də Azərbaycan xalqına öz münasibətinizi bildirmək üçün görülən işləri qeyd etdiniz. Paytaxtınızın mərkəzi küçələrindən birinə Heydər Əliyevin adının veriləcəyinə görə, eləcə də filmə görə təşəkkür edirəm. Ümumiyyətlə, biz həmişə bütün Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini hiss etmişik, yəqin ki, Siz də Azərbaycana rəsmi səfəriniz çərçivəsində bunu hiss etmisiniz. Bizim rəsmi səfərlər çərçivəsində belə tez-tez görüşməyimiz həm münasibətlərimizin xarakterinə, həm də ona dəlalət edir ki, daim əlaqə saxlamağımız zəruridir. Ona görə ki, biz müxtəlif beynəlxalq məkanlarda müntəzəm görüşürük, lakin ikitərəfli format ən səmərəli formatdır.
Sizin səfərinizdən bir ildən az vaxt keçib, lakin həm tapşırıqlarımızın icrasına nəzarət, həm də qarşılıqlı fəaliyyəti gücləndirmək üçün yeni addımlar atılması baxımından gündəliyə nəzər salmaq zəruridir. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz bir-birinə səmimi, qardaşcasına münasibət bəsləyirlər. Bu, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmindir. Əməkdaşlığın istiqamətlərinə gəldikdə isə, onların sadalanması yəqin ki, çox vaxt tələb edərdi, çünki bu istiqamətlər praktiki olaraq həyatımızın bütün sahələrini əhatə edir. Lakin, əlbəttə, indiki şəraitdə təbii ki, ticari-iqtisadi, investisiya layihələri, nəqliyyat-logistika infrastrukturu və ölkələrimizin bu istiqamətlərdə səylərinin birləşdirilməsi ilə bağlı layihələr prioritet əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, mənimlə birlikdə çox nüfuzlu nümayəndə heyəti, çoxlu nazir, dövlət strukturlarının rəhbərləri gəliblər. Əminəm ki, qardaş Qazaxıstan torpağında olan nümayəndə heyətinin üzvləri də fəallıq göstərəcək, biz yaxşı nəticələrə nail olacağıq və görülmüş işlərə yekun vurmaq üçün növbəti həddi müəyyən edəcəyik. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.
Prezident Kasım-Jomart Tokayev: Mən əlavə etmək istərdim ki, Qazaxıstan statistikasına görə təkcə keçən il ərzində ölkələrimiz arasında ticarətin həcmi 40 faiz artaraq yarım milyard dolları ötüb.
x x x
Görüş əsnasında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsində 40 faiz artımın olması müsbət addım kimi qeyd edilib. Dövlət başçıları ölkələrimiz arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması üçün imkanların olduğunu vurğulayıblar.
Eyni zamanda, görüşdə Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı, nəqliyyat-logistika imkanlarının daha da artırılması, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, həmçinin birgə investisiya layihələri məsələləri müzakirə olunub, Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin çəkilməsi istiqamətində də sürətli inkişafın olduğu qeyd edilib. Həmçinin dövlətlərimizin ikitərəfli siyasi dialoqunun yüksək səviyyədə olduğu, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi vurğulanıb.
Söhbət zamanı regional məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atdığı addımlar barədə məlumat verib.
Görüşdə Azərbaycanın nəqliyyat imkanlarının daha da genişləndirilməsi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Bakı Limanının imkanlarının artırılması istiqamətində səyləri barədə də məlumat verilib.
Prezident Kasım-Jomart Tokayev Qazaxıstanın nəqliyyat imkanlarının artırılması haqqında məlumat verib.
Söhbət zamanı iki ölkənin nəqliyyat infrastrukturunun sinxronlaşdırılması, yüklərin daha sərbəst və sürətli keçidinin təmin edilməsinin önəmi qeyd olunub.
***
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
Reyting.az xəbər verir ki, əvvəlcə Qazaxıstan Prezidenti bəyanatla çıxış edib.
Prezident Kasım-Jomart Tokayevin bəyanatı
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli xanımlar və cənablar.
Mən bu gün aparılmış tamformatlı danışıqların nəticələrini yüksək qiymətləndirirəm. Bu danışıqlar hər ikimizin ikitərəfli əlaqələri hər vasitə ilə möhkəmləndirmək əzmində olduğumuzu bir daha təsdiq etdi. Hörmətli İlham Heydər oğlu ilə səmimi şəraitdə əməkdaşlığımızın bütün aspektlərinə dair fikir mübadiləsi apardıq, necə deyərlər, regional və beynəlxalq problemlər barəsində saatlarımızı tutuşdurduq, iki ölkənin qarşılıqlı əlaqələrinin perspektivlərini və daha da dərinləşdirilməsi istiqamətlərini müzakirə etdik.
Bizim ortaq səylərimiz sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb. Yarım ildən bir qədər çox əvvəl biz strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzaladıq. Hazırda bütün bu razılaşmalar ardıcıl olaraq həyata keçirilir. İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət edən Ali Dövlətlərarası Şuranın təsis edilməsi mühüm qərar oldu. Bu gün imzalanmış bir sıra yeni sazişlər bizim çoxşaxəli tərəfdaşlığımıza əlavə impuls verəcək.
Qazaxıstan və Azərbaycan ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir. Biz məmnunluqla qeyd etdik ki, ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb. Lakin, əlbəttə ki, ticari-iqtisadi tərəfdaşlığın potensialı əsla tükənməyib. Biz ixrac-idxal malları nomenklaturunun daha da genişləndirilməsi üçün təsirli tədbirlər görmək barədə razılığa gəldik. Ölkələrimizin müvafiq strukturlarının əlaqələndirilmiş şəkildə fəaliyyəti, - söhbət bizim İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadan, ticari-iqtisadi missiyadan, İşgüzar Şuradan, ticarət evlərindən gedir, - iqtisadi kooperasiyanı keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcək. Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, belə adlandırılan “Orta Dəhliz”in potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən, vahid nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin modernləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistik dövrənin formalaşmasından gedir.
2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir. Biz razılaşdıq ki, bu marşruta artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək lazımdır. Bütün bu tədbirlər, habelə beynəlxalq tərəfdaşlarımızla sıx qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan verəcək.
Biz energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirdik. Enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi bu gün bizim prioritet vəzifəmizdir. Bildiyiniz kimi, bizim razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilib.
Növbəti addım tədarük həcminin artırılması və bu işlərə uzunmüddətli sabit xarakter verilməsidir. Fürsətdən istifadə edib bu mühüm təşəbbüsləri şəxsən dəstəklədiyinə görə Azərbaycanın lideri, hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirmək istəyirəm.
Biz iqtisadiyyatlarımızın yeni artım nöqtələri ola biləcək mütərəqqi investisiya layihələrinin reallaşdırılması üzərində ayrıca dayandıq. Sənaye, toxuculuq, aqrosənaye və tikinti sahələrində iri müştərək müəssisələr açılması mümkündür. Biz iki ölkənin hökumətlərinə birgə həyata keçirilməsi üçün iri layihələrin müəyyən edilməsi barədə tapşırıq verdik. Kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün çox böyük potensial var. Ötən ilin yekunlarına görə aqrar-sənaye kompleksi məhsullarının ikitərəfli ticarətinin həcmi üç dəfə artıb və 146 milyon dollara bərabər olub. Beləliklə, bu gün bizim ümumi əmtəə dövriyyəmizin üçdəbir hissəsindən çoxu kənd təsərrüfatının payına düşür. Biz kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünü daha da artırmağın vacibliyini qeyd etdik.
İnformasiya texnologiyaları sahəsində kooperasiyanın gücləndirilməsi perspektivli sahə kimi müəyyən edildi. Hazırda Xəzərin dibi ilə optik-lifli rabitə xətti çəkilməsi üzrə fəal iş aparılır. Biz bu layihənin strateji əhəmiyyətini nəzərə alaraq onun vaxtında icrasını təmin etmək barədə tapşırıq verdik. Bununla yanaşı, azərbaycanlı tərəfdaşlarımız dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində birgə layihələrin reallaşdırılmasına, habelə Qazaxıstandakı lT-startapların məkanlarından istifadə etməyə dəvət olunurlar.
Maliyyə sahəsində əməkdaşlıq üçün böyük təməl var. Bu gün Azərbaycan nümayəndə heyəti Astana Beynəlxalq Maliyyə Mərkəzini ziyarət edəcək. Bu mərkəz maliyyə və müasir texnologiyalar sahəsində qarşılıqlı fəaliyyət üçün yaxşı platforma ola bilər.
Hörmətli xanımlar və cənablar.
Çoxşaxəli əməkdaşlığı möhkəmlətmək üçün bizim əsas sərvətimizi – iki xalq arasında qardaşcasına münasibətləri qoruyub saxlamaq və möhkəmlətmək vacibdir. Buna görə biz mədəni-humanitar gündəliyimizin keyfiyyətcə zənginləşməsinə hər vasitə ilə şərait yaratmalıyıq. Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin keçirilməsi bu ilin əlamətdar hadisəsi olacaq. Ölkəmizdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkil olunması barədə razılıq əldə edilib. Ayrıca qeyd etmək istəyirəm ki, bu il Qazaxıstanda Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin 100 illiyinə həsr olunmuş bir sıra xatirə tədbirləri keçiriləcək. Rəmzi haldır ki, bu tədbirlərə start verəcək hadisə bizim bu gün Astananın mərkəzində Azərbaycan xalqının şanlı oğlunun adını daşıyan küçənin açılışında iştirak etməyimiz olacaq. “Qazaxıstan” telekanalı da Heydər Əliyev haqqında “Görkəmli həyat” adlı nadir sənədli film hazırlayıb. Film bu gün ölkəmizin milli televiziyasının efirində göstəriləcək. Bütün bu tədbirlər xalqlarımızın əbədi dostluğunun parlaq nümunəsi, Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına tarixi töhfə vermiş görkəmli dövlət xadiminə hörmət əlamətidir.
İki ölkənin gəncləri arasında təmaslar da bizim humanitar əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Biz gənclər siyasəti və təhsil sahəsində əməkdaşlığın inkişafı üçün tərəflərin atdığı addımları alqışladıq. Müvafiq nazirliklərə akademik mobilliyin təmin olunmasına, birgə təhsil və elmi layihələrin təşkilinə maksimum kömək etmələri barədə tapşırıq verilib.
Media sahəsində qarşılıqlı fəaliyyət, kontent mübadiləsi qardaş xalqlarının daha da yaxınlaşmasına sanballı töhfə verə bilər. Bu gün müvafiq sazişlər imzalandı. Ona görə də danışıqların gedişində Qazaxıstan telekanallarının Azərbaycan kabel operatorları şəbəkələrində yayımlanmasına, habelə animasiya filmlərinin distribusiyasına dair razılaşmaların reallaşdırılmasının vacibliyi qeyd edilib.
Bu gün beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb. Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir sıra aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelər tuturlar. Bu baxımdan qeyd etmək istəyirəm ki, Qazaxıstan ənənəvi olaraq Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin diplomatik yollarla nizamlanmasının tərəfdarıdır, habelə tezliklər sülh müqaviləsi bağlanmasına dair səyləri alqışlayır. Bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün qarşılıqlı dəstəyin davam etdirilməsinin və birgə tədbirlər görülməsinin zəruriliyi eyni qaydada anlaşılır.
Gördüyünüz kimi, müzakirə edilən məsələlərin dairəsi çox geniş olub. Azərbaycan Prezidentinin səfərinə görə ona bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm. Bu səfər ölkələrimiz arasında qarşılıqlı münasibətlərin, əməkdaşlığın inkişaf etdirilməsinin uğurla davamı üçün həqiqətən çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan ilə əməkdaşlıq Qazaxıstan üçün prioritet məsələ olub və olacaq. Biz bu əməkdaşlığı konkret məzmunla, konkret razılaşmalarla zənginləşdirmək üçün nə mümkündürsə edəcəyik. Diqqətinizə görə sağ olun.
Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli Kasım-Jomart Kemeleviç.
Əziz dostlar.
Mən, ilk növbədə, qonaqpərvərliyə və dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürümü bildirmək istərdim. Mən Qazaxıstanda özümü evdə olduğum kimi hiss edirəm, burada tez-tez oluram. İlk növbədə, Qazaxıstan Prezidentini həyatın bütün sahələrini əhatə edən islahatların uğurla reallaşdırılması münasibətilə təbrik etmək və qardaş ölkənin inkişafı işində yeni uğurlar arzulamaq istərdim.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə hörmətə görə öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Prezident Tokayevin qeyd etdiyi kimi, bu gün biz Astananın mərkəzində Heydər Əliyevin adını daşıyacaq küçənin birgə açılışını edəcəyik. Biz bunu həm bizim Ulu Öndərin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndiririk.
Mən, həmçinin Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi artıq başlanıb. Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Xüsusən indi - biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda.
Kasım-Jomart Kemeliviçin dediyi kimi, biz bu gün münasibətlərimizin geniş gündəliyini ətraflı müzakirə etdik. Qazaxıstan Prezidenti bu gün müzakirələr çərçivəsində toxunulmuş mövzular üzərində ətraflı dayandı. Təkrarlamaq istəmirəm, bu barədə yalnız bir neçə məqamı şərh etmək istərdim. Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik.
Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu, bugünkü qarşılıqlı əlaqələrimizin əsas bazasıdır. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Xüsusən ona görə ki, təəssüflər olsun, Xəzərin həm sizə, həm də bizə aid olan sahillərində dənizin sürətlə dayazlaşmasını müşahidə edirik.
Beləliklə, ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir. Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır. O cümlədən, Prezident Tokayevin qeyd etdiyi kimi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar.
Bu gün biz Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmləri, konkret qrafiki müzakirə etdik və bütün bu məsələlərin ən yaxın vaxtda öyrənilməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdik.
Biz həm də sənaye kooperasiyası, ixrac-idxal əməliyyatlarının nomenklaturunun genişləndirilməsi ilə bağlı məsələləri, o cümlədən gələcəkdə ixrac-idxal potensialının reallaşdırılması üçün sifarişlərin yerləşdirilməsi məsələlərini fəal müzakirə etdik. Təbii ki, biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq, beləliklə, əmtəə dövriyyəsini artırmalıyıq. Bu gün bizim ortamüddətli perspektivli əmtəə dövriyyəsini milyard dollara çatdırmaq barədə rəqəmlər səsləndi. Mən hesab edirəm ki, xüsusən bizim əldə etdiyimiz razılaşmalar çərçivəsində, bu, tamamilə realdır. Fikrimcə, biz bu həddə kifayət qədər qısa müddətdə çatacağıq. Əsas odur ki, əməkdaşlığı möhkəmlətmək üçün çox müsbət ortaq əhvali-ruhiyyə var.
Onu da qeyd etmək istərdim ki, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, bütün məsələlərə dair bir-birimizi həmişə dəstəkləyirik və dəstəkləyəcəyik. Biz həm də, xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edirəm. Mən normallaşmaya dair danışıqlar prosesinin indiki statusu barədə həmkarıma məlumat vermişəm. Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək.
Əlbəttə, Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd etmək istərdim. Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq və bu gün hələ bu barədə diskussiyaları davam etdirəcəyik. Bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir. Bu halda qazaxıstanlı qardaşlarımızı təbrik etmək istərdim ki, ölkənin beynəlxalq arenada nüfuzu artır və Qazaxıstan haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb.
Öz tərəfimdən bir daha demək istərdim ki, Azərbaycanda sizin qardaşlarınız yaşayır, onlar sizə çox hörmət edir, sizi qiymətləndirirlər. Qazaxıstanın bizə münasibətdə əvvəllər də, bu gün də nümayiş etdirdiyi həmrəyliyə görə sizə çox təşəkkür edirik. Biz də öz tərəfimizdən qardaş Qazaxıstan xalqına həqiqi qardaşlıq hisslərini və münasibəti göstərmək üçün nə mümkündürsə edəcəyik.
Hörmətli Kasım-Jomart Kemeleviç, qonaqpərvərliyə, dəvətə görə bir daha təşəkkür edirəm və fürsətdən istifadə edib Sizi yenidən, Sizin üçün münasib vaxta Azərbaycana səfərə dəvət etmək istəyirəm.
Prezident Kasım-Jomart Tokayev: Təşəkkür edirəm. Xalqlarımız arasında qardaşcasına qarşılıqlı münasibətlərlə bağlı sözlərinizə görə Sizə xüsusi təşəkkür etmək istərdim. Qazax xalqı üçün də azərbaycanlılar qardaşdır. Bu barədə bu gün danışıqlar zamanı da demişəm, indi də deyirəm. Bu, sadəcə, bəlağətli sözlər deyil, hərçənd xüsusən belə tədbirlər zamanı hərdənbir bəlağətli sözlər də demək lazımdır. Bu sözlər, əslində, ölkələrimiz arasında əməkdaşlığın xarakterini əks etdirir. Ümidvaram ki, bütün bunlar daimi olacaq.

Bölməyə aid digər xəbərlər

Dünən, 11:04
Milli Məclisin iclası başlayıb
Dünən, 10:16
Əli Əsədov qərar imzalayıb
Dünən, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
Dünən, 00:22
Bu gün Azərbaycanda Gənclər Günüdür
31-01-2026, 21:10
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
31-01-2026, 09:42
WUF13-lə bağlı dünya parlamentlərinə çağırış olunub
30-01-2026, 20:01
Prezident icra başçısını vəzifədən azad edib - Foto
30-01-2026, 12:29
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
30-01-2026, 09:46
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
29-01-2026, 19:13
WUF13: tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
29-01-2026, 15:40
Əli Əsədov daha bir qərar imzalayıb
29-01-2026, 13:48
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
29-01-2026, 10:03
Məhkəmə qərarı olmadan axtarış aparılma halları genişlənir
28-01-2026, 19:08
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq sazişi təsdiqlənib
28-01-2026, 16:13
Sahibə Qafarova Omana səfər edib
28-01-2026, 13:38
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
28-01-2026, 00:36
Ərdoğanla Tramp Sülh Şurasını müzakirə ediblər
27-01-2026, 18:09
Xəzərin və Bakı buxtasının ekoloji vəziyyəti ilə bağlı iclas keçirilib
27-01-2026, 16:54
Prezident iki nazir müavini təyin edib - Fotolar
27-01-2026, 14:44
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
27-01-2026, 13:20
Zəngilana köç karvanı gedib - (Yenilənib)
27-01-2026, 12:16
İlham Əliyev yeni müəssisənin təməlini qoyub - Fotolar
27-01-2026, 12:08
Sumqayıtda daha bir müəssisənin açılışı olub
27-01-2026, 11:56
Bakı və Abşeronun su təchizatı ilə bağlı sərəncam imzalanıb
27-01-2026, 11:35
Prezident Sumqayıtda zavodun açılışında iştirak edib - Fotolar
26-01-2026, 17:30
Sosial şəbəkələrdə qanunu pozan paylaşım edənlər cəzalandırılacaq
26-01-2026, 17:21
Nazir müavinlərinin sayı artırılıb
26-01-2026, 17:20
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
26-01-2026, 16:28
Prezident daha bir dəyişikliyi təsdiqləyib - Cərimələr artıb
26-01-2026, 16:20
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
26-01-2026, 14:42
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
26-01-2026, 13:48
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - (Yenilənib)
26-01-2026, 11:42
İlham Əliyev general-qubernatoru təbrik edib
26-01-2026, 10:40
İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib - Fotolar
26-01-2026, 10:32
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
24-01-2026, 09:50
ABŞ-nın vitse-prezidenti Azərbaycana səfərə hazırlaşır
24-01-2026, 09:20
Donald Tramp İlham Əliyevə təşəkkür edib
23-01-2026, 16:55
Dini konfessiya rəhbərləri İlham ƏIiyevi təbrik ediblər
23-01-2026, 10:01
Milli Məclisdə Şəhərsalma və Memarlıq İli ilə bağlı konfrans keçiriləcək
22-01-2026, 22:04
Prezident Davosda kimlərlə görüşüb? - Siyahı
22-01-2026, 16:40
İlham Əliyevlə Donald Tramp Davosda görüşüblər - (Yenilənib)
22-01-2026, 14:06
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər