20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Politoloq: "Tehran hələ ki, seyrçi mövqedədir, amma..."
Tarix: 25-04-2023 08:44 | Bölmə: Gündəm
Politoloq: "Tehran hələ ki, seyrçi mövqedədir, amma..."
E. Şahinoğlu

"İrandakı rejimin və İslam Keşikçiləri Korpusunun Azərbaycana qarşı o qədər təxribatı ilə üzləşmişik ki, “nə əcəb İrandakı dairələr Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasına reaksiya vermirlər”,- sualı beyinlərdə dolaşır”.

Bunu Reyting.az-a politoloq Elxan Şahinoğlu deyib.

E. Şahinoğlu xatırladıb ki, Tehran Zəngəzur dəhlizinin əleyhinə olduğunu gizlətmir, hər zaman “qırmızı çizgilərdən” dəm vurur".

Onun sözlərinə görə, bununla belə, Tehran açıq şəkildə “biz Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsinin və sərhəd-keçid məntəqələrinin yaradılmasının əleyhinəyik”,- deyə bilmir, deyə də bilməz, çünki bu, məntiqə ziddir:

"Adama deyərlər ki, iki dövlətin öz aralarında sərhəd-keçid məntəqəsi yaratmasından sənə nə? Ona görə də Tehran hələ ki, seyrçi mövqedədir. Ancaq daxilən narahatdırlar, çünki sərhəd-keçid məntəqəsinin yaradılması separatizmin sonunu yaxınlaşdıran Azərbaycanın uğurudur. Tehran isə Azərbaycanın uğurlarından hər zaman narahatdır. Həm də ona görə narahatdırlar ki, bundan sonra Ermənistan üzərindən Qarabağa yük daşımayacaq, SEPAH təlimatçıları Azərbaycan ərazisinə daxil ola bilməyəcəklər".

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər