18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Prezident: “Bu, Azərbaycana Avropaya daha çox qaz tədarük etmək imkanı verəcək”
Tarix: 25-04-2023 14:13 | Bölmə: Gündəm
Prezident: “Bu, Azərbaycana Avropaya daha çox qaz tədarük etmək imkanı verəcək”

“Bu gün imzalanan memorandum Azərbaycana Avropaya daha çox qaz tədarük etmək imkanı verəcək”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan təkcə enerji sektorunda deyil, digər sahələrdə də Avropanın mühüm və sınaqdan çıxmış tərəfdaşıdır: "Azərbaycan enerji təchizatı coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq".

Dövlət başçısı xatırladıb ki, ötən ilin iyul ayında imzalanmış Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Azərbaycandan Avropaya qaz tədarükünü artırmağa imkan verəcək: "Bu ilin sonuna qədər bütün interkonnektorlar birləşdirilərsə, biz Macarıstan və Slovakiyaya tədarüklərə başlamağı planlaşdırırıq. Azərbaycan enerji təchizatı coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}