18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Azərbaycan, Rusiya və Ermənistan XİN rəbərlərinin görüşü müzakirə olunur
Tarix: 26-04-2023 17:49 | Bölmə: Gündəm
Azərbaycan, Rusiya və Ermənistan XİN rəbərlərinin görüşü müzakirə olunur

Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin dekabrda təxirə salınan görüşünün dəqiq tarixləri və detalları Rusiya tərəfi ilə müzakirə olunur. Reyting.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildiriblər.

NEWS.am saytının “Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş gözlənilirmi” sualına nazirlik belə cavab verib:

“Məsələyə aydınlıq gətirilərsə, əvvəlki kimi ictimaiyyətə lazımi qaydada məlumat veriləcək”.

Xatırladaq ki, ötən il dekabrın 23-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutmalı idi. Amma Ermənistan tərəfi müxtəlif bəhanələrlə bu görüşün reallaşmasına imkan vermədi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}