18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ordunun PDM ekipajları zirehli texnikadan atışlar icra ediblər - Video
Tarix: 27-04-2023 10:47 | Bölmə: Gündəm
Ordunun PDM ekipajları zirehli texnikadan atışlar icra ediblər

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, piyadaların döyüş maşınları (PDM) ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə çalışmalar icra edilib.

Reyting.az 
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Ümumqoşun poliqonunda keçirilən döyüş atışlı təlimlərdə PDM ekipajları sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmaları yerinə yetiriblər.

Müxtəlif maneələrin dəf edilməsi ilə döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, eləcə də zirehli texnikadan atəş açma üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da artırılmasıdır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}