22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
11:19 / 12-09-2025
Nazirlik yoxlamalarla bağlı açıqlama yayıb
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

09:20 / 08-09-2025

Prezident və birinci xanım “Formula 1” Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - Foto
Tarix: 30-04-2023 19:49 | Bölmə: Gündəm

Aprelin 30-da Bakı şəhər halqasında “Formula 1” üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.
Reyting.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışa baxıblar.
Əvvəlcə Qran-Prinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Dövlət Himnini “Eurovision-2018” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Məmmədova səsləndirib.
Açılış mərasimindən sonra "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.
Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı şəhər halqasında iki saat ərzində 51 dövrə vurublar. “Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Şarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Loqan Sarjent yarışıblar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Nik de Vris və Yuki Tsunoda, “Alpine”da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparıblar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Oskar Piastri və Lando Norris yürüşdə iştirak ediblər. Pilotlar Niko Hulkenberq və Kevin Maqnussen “Haas”, Fernando Alonso və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyublar.
"Formula 1" üzrə dünya çempionatının cari mövsümü 24 mərhələdən ibarətdir. Bakı Qran-Prinin dördüncü mərhələsinə ev sahibliyi edir. Uzunluğu 6 kilometr olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

İki saata yaxın davam edən gərgin idman mübarizəsinin sonunda “Red Bull Racing” komandasının meksikalı pilotu Serxio Peres Azərbaycan Qran-Prisinin qalibi adını qazanıb. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin sürücüsü Şarl Lakler isə üçüncü pillədə yer alıblar.
Sonra "Formula 1" Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Əvvəlcə qalib idmançının və komandanın şərəfinə Meksikanın və Avstriyanın Dövlət himnləri səsləndirilib.
Mükafatları pilotlara Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.
Xatırladaq ki, "Formula 1" Azərbaycan Qran-Prisinə aprelin 28-də start verilib. Azərbaycan Qran-Prisinin ilk günündə "Formula 1" pilotları sərbəst yürüş və sıralanma yürüşlərində mübarizə aparıblar. Hər iki yürüşdə pilotlar 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Sərbəst yürüşdə "Red Bull Racing” komandasının pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb. “Ferrari”nin pilotu Şarl Lekler və “Red Bull Racing”in digər sürücüsü Serxio Peres ilk üçlüyü tamamlayıblar. Sıralanma turunu isə “Ferrari”nin pilotu Şarl Lekler qalibi kimi başa vurub. “Red Bull Racing”in üzvləri Maks Ferstappen ikinci, Serxio Peres isə üçüncü yerdə qərarlaşıblar. Bu qələbə sayəsində monakolu pilot cari mövsüm ilk, Bakı şəhər halqasında ardıcıl üçüncü poul qazanıb. Həmçinin bu, onun karyerasında qazandığı 19-cu nailiyyətdir. Aprelin 29-da isə sprint üçün təsnifat və sprint yarışları təşkil olunub. Təsnifat yarışında “Ferrari” komandasının pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing”in pilotları Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar. Sprint yarışı isə S. Peresin qələbəsi ilə yekunlaşıb. Ş. Lekler ikinci, M. Ferstappen isə üçüncü olublar.
Builki dünya çempionatına martın 3-5-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanında və Avstraliyada keçirilib.
Beləliklə, 4 Qran Pridən sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 93 xal var. Ferstappendən 6 xal geri qalan komanda yoldaşı – Bakı yarışının qalibi Serxio Peres ikinci sırada qərarlaşıb. İlk beşliyi 60 xalla Fernando Alonso (Aston Matin”), 48 xalla Luis Hamilton (“Mercedes”) və 34 xalla Karlos Saynz (“Ferrari”) tamamlayırlar.
Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (180 xal) komandasıdır. “Aston Martin” 87 xalla ikinci, “Mercedes” isə 76 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Ferrari” (62), “McLaren” (14), “Alpine” (8), “Haas” (7), “Alfa Romeo” (6), “Alpha Tauri” (2) və “Williams” (1) komandaları qərarlaşıb.
"Formula 1" Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib. Bu yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Aprelin 28-də "Formula 2" üzrə sərbəst və sıralanma yarışları təşkil olunub. Sərbəst yürüşdə “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub. “Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar. Sıralanma turunda da Oliver Berman fərqlənib. “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü pillədə yer alıblar. Ertəsi gün birinci sprint yarışında O.Berman bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı Frederik Vesti yürüşü ikinci, “Hitech”in pilotu Jak Krouford isə üçüncü pillədə başa vurublar. On dörd mərhələdən ibarət "Formula 2" yarışına noyabrın 24-26-da Əbu-Dabidə yekun vurulacaq.
Azərbaycan "Formula 1" yarışlarına yeddinci dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (Red Bull Racing, 2017), Luis Hamilton (Mercedes, 2018), Valtteri Bottas (Mercedes, 2019), Serxio Peres (Red Bull Racing, 2021), Maks Ferstappen (Red Bull Racing, 2022) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.
Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. "Formula 1" mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.
Bölməyə aid digər xəbərlər

Bu gün, 08:14
Ermənistan iki cəbhədə işləyir
Dünən, 16:36
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dünən, 11:40
Nazir: 113 müəssisə ilə bağlı qərar veriləcək
10-09-2025, 15:44
Ali Məhkəmə dələduzluq halı ilə bağlı vahid qərar qəbul edib
10-09-2025, 15:11
Əli Əsədov yeni qərar imzalayıb
10-09-2025, 14:35
Qubadlı şəhərinin Baş planı təsdiqlənib
10-09-2025, 14:05
İlham Əliyev Yaradıcılıq Evinin açılışında iştirak edib - Fotolar
10-09-2025, 13:58
Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
10-09-2025, 10:28
Azərbaycan Ordusunda praktiki məşğələlər keçirilib - Video
9-09-2025, 23:25
Rəsmi Bakı: "Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq"
9-09-2025, 17:01
Əli Əsədov Liman şəhərinin Baş planını təsdiqləyib
9-09-2025, 13:55
Bakıda çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir
9-09-2025, 13:25
Milli Məclisdə xüsusi iclas keçirilib - (Yenilənib)
8-09-2025, 16:02
Prezident Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqləyib - Fotolar
8-09-2025, 15:55
Prezident Sumqayıt Sənaye Parkı ilə bağlı fərman imzalayıb
8-09-2025, 15:43
Prezident Təşkilat Komitəsi yaradıb - Sərəncam
8-09-2025, 15:20
Xocalı və Ağdərəyə növbəti köç olub - (Yenilənib) - Fotolar
8-09-2025, 14:46
Rezidenturaya qeydiyyat prosesi başlayır
8-09-2025, 12:22
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv olunacaq
8-09-2025, 12:08
Azərbaycan prezidenti Qazaxıstana səfər edəcək
8-09-2025, 11:28
Prezident Qordana Silyanovska-Davkovaya məktub göndərib
5-09-2025, 13:01
Prezident yol tikintisinə 2 milyon manat ayrıb - Sərəncam
5-09-2025, 10:51
Rusiya AZAL-ın vurulan təyyarəsinə görə təzminat ödədiyini deyir
4-09-2025, 16:22
Prezident Bolqarıstandakı səfiri geri çağırıb - Sərəncam
4-09-2025, 15:35
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
4-09-2025, 11:55
Kolleclərə qəbul olanların qeydiyyat tarixi açıqlanıb
4-09-2025, 11:41
Bakıda erməniəsilli şəxslərin məhkəməsi davam edir
4-09-2025, 09:43
İstanbul-Səmərqənd təyyarəsi Bakıya məcburi eniş edib
4-09-2025, 08:16
Ərdoğan: Fələstinə qarşı cinayətlərə göz yummaq olmaz
3-09-2025, 19:50
Prezident İlham Əliyevin Çinə səfəri başa çatıb - Fotolar
3-09-2025, 17:18
Saxta domenlər bloklanıb
3-09-2025, 10:18
İlham Əliyevlə Şavkat Mirziyoyev Pekində görüşüblər - Video
3-09-2025, 10:00
İlham Əliyev Pekində dövlət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - Video
3-09-2025, 07:29
Prezident və birinci xanım Qələbə paradını izləyiblər
2-09-2025, 16:28
Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib - Foto
2-09-2025, 12:02
İlham Əliyev Çin şirkətinin sədri ilə görüşüb - Fotolar
2-09-2025, 11:15
İlham Əliyev Tiencində vitse-prezidentlə görüşüb - Foto
1-09-2025, 17:27
Mehriban Əliyeva birinci xanımlarla gəmi gəzintisində iştirak edib - (Yenilənib) - Fotolar
1-09-2025, 15:59
İlham Əliyev "ŞƏT plyus" formatındakı görüşdə çıxış edib - Yenilənib
1-09-2025, 12:49
İlham Əliyevlə Nikol Paşinyan görüşüb
1-09-2025, 10:52
İlham Əliyev Maldiv prezidenti ilə görüşüb - (Yenilənib) - Foto
1-09-2025, 10:35
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək