Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb - Yenilənib
Tarix: 01-05-2023 22:10 | Bölmə: Gündəm
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçirilir.

Reyting.az
xəbər verir ki, görüş Vaşinqtonda reallaşır.

Daha sonra Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək.

Qeyd edək ki, Blinken Ceyhun Bayramovdan əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşüb.

***

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb.

Reyting.az
xəbər verir ki, görüş Vaşinqtonda keçirilir.

Görüş çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə müzakirə aparılır.

***

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başa çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Görüşdə regionda təhlükəsizlik, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı müzakirə aparılıb.

Laçın yolundakı vəziyyət də müzakirə olunub.











Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}