20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Nazirlər Kabineti "Hərbi-həkim ekspertizası haqqında" Əsasnaməyə dəyişiklik edib
Tarix: 02-05-2023 10:35 | Bölmə: Gündəm
Nazirlər Kabineti "Hərbi-həkim ekspertizası haqqında" Əsasnaməyə dəyişiklik edib

Nazirlər Kabineti "Hərbi-həkim ekspertizası haqqında" Əsasnaməyə dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, “Narkoloji xidmət və nəzarət haqqında” qanunun 24.4-cü maddəsinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər