Qarabağda vəziyyətin kəskinləşməsi Rusiya-Türkiyə qarşıdurması ilə nəticələnə bilər
Tarix: 20-04-2016 16:08 | Bölmə: Gündəm


"Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi Rusiya ilə NATO-ya daxil olan Türkiyə arasında birbaşa qarşıdurma ilə nəticələnə bilər”. 

Reyting.az-ın məlumatına görə, Publika.az saytı bu xəbəri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son qarşıdurmanı şərh edən Latviyanın "Diena” nəşrinə istinadən yayıb. 

 

"Rusiya Dağlıq Qarabağdakı münaqişəyə hamıdan daha aktiv daxil oldu. Rusiyanın baş naziri Dmitri Medvedev və xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycana baş çəkdilər. Azərbaycan və Ermənistan arasında genişmiqyaslı hərbi münaqişə olacağı halda Rusiya ona qarışmağa məcburdur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, Azərbaycanın isə Türkiyə ilə hərbi razılaşması var”, - nəşr qeyd edib. 

 

Yazıda bildirilir ki, Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsindən "keçmiş imperiyanın mərkəzi” olan Moskva uduşludur: "Moskva "böl və hökmranlıq et!” siyasətindən məharətlə istifadə edir. Rusiya hər iki ölkəyə silah satışından gəlir əldə edir. Ermənistan və Azərbaycan arasında münasibətlərdə gərginlik Rusiyaya bu ölkələr üzərində nəzarəti saxlamağa və Qafqazda aparıcı rol oynamağa kömək edir”.

 





Bölməyə aid digər xəbərlər