"Səbail" klubu daha bir futbolçusu ilə vidalaşıb
Tarix: 09-06-2023 17:22 | Bölmə: İdman
"Səbail" klubu daha bir futbolçusu ilə vidalaşıb

"Səbail" klubu daha bir futbolçusu ilə vidalaşıb.

Paytaxt təmsilçisindən Reyting.az-a verilən məlumata görə, "dənizçilər" Maksim Çex ilə yollarını ayırmaq barədə qərar qəbul edib.

Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına məxsus olan oyunçu ilə mövsümün sonunda başa çatan icarə müqaviləsinin müddəti yenilənməyib.

Qeyd edək ki, "Səbail" daha əvvəl Turan Manafov, Nihad Qurbanlı, Mirabdulla Abbasov, Emil Martinov, Ruslan Hacıyev, Petro Stasyuk, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də yollarını ayırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}