Dünya Kuboku: uruqvaylılar italiyanları məğlub edib
Tarix: 12-06-2023 08:49 | Bölmə: İdman
Dünya Kuboku: uruqvaylılar italiyanları məğlub edib

Uruqvayın futbol üzrə gənclər komandası Dünya Kuboku-2023-ün (U-20) finalında İtaliya komandasını məğlub edərək (1:0) Dünya Kubokunun qalibi olub.

Reyting.az
xəbər verir ki, 86-cı dəqiqədə qələbə qolunu "Liverpul Montevideo” klubunun hücumçusu Lusiano Rodriqes vurub.

Bu, Uruqvay üçün gənclər arasında ilk qızıl dünya çempionatıdır. Əvvəllər komanda iki dəfə gümüş və bir dəfə bürünc medal qazanıb. İtaliyanın bundan əvvəl yalnız bir bürünc medalı var idi.

3-cü yer uğrunda görüşdə İsrail komandası Cənubi Koreya komandasını məğlub edərək (3:1) ilk dəfə MFM medalını qazanıb.

Turnir Argentinada keçirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}