"Səbail" Emil Balayevlə yollarını ayırıb
Tarix: 13-06-2023 12:15 | Bölmə: İdman
"Səbail" Emil Balayevlə yollarını ayırıb

"Səbail" klubu qapıçısı Emil Balayevlə yollarını ayırıb.

Klubdan Reyting.az-a verilən məlumata görə, 29 yaşlı qolkiperin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Azərbaycan millisinin üzvünün "Neftçi"yə keçəcəyi gözlənilir.

Qeyd edək ki, 2017/2018 mövsümündə "Səbail"in formasını geyinən Emil Balayev 2022-ci ildə yenidən komandaya qayıtmışdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}